Bu gün Şuşa Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Cəfər Cabbarlının “Solğun çiçəklər” əsəri əsasında hazırlanan eyniadlı səhnə işi uğurla nümayiş olunub.
“Tehsil365” xəbər verir ki, saat 19:00-da nümayiş olunan tamaşa teatrsevərlər tərəfindən maraqla qarşılanıb. Klassik Azərbaycan dramaturgiyasının önəmli nümunələrindən olan əsər Saranın əmisi oğlu Bəhrama bəslədiyi təmiz sevgidən, tamah və xəyanətin doğurduğu faciələrdən bəhs edir.
Səhnə əsərində xüsusilə Saranın analığı Gülnisə obrazının xəyanət dolu addımları diqqət çəkib. O, əvvəlcə Saranın atasını zəhərləyir, daha sonra isə var-dövlətə sahib olmaq üçün Saranı sevdiyindən ayıraraq öz qızı ilə evlənməsinə nail olur. Hadisələrin gedişatı Saranın faciəvi taleyi ilə nəticələnir.
Tamaşa Cabbarlı irsinin müasir səhnəyə yeni baxışla təqdim olunması və aktyorların emosional çıxışı ilə tamaşaçıların alqışlarını qazanıb.
Yaradıcı heyət:
Quruluşçu rejissor: Lalə Şirinova
Quruluşçu rəssam: Valeh Məmmədov
Musiqi tərtibatçısı: Azad Məmmədov (Əməkdar artist)
Rollarda:
Sara – Dürdanə Dünyamalıyeva
Bəhram – Rasəf Mehdiyev
Pəri – Təranə Əliyeva
Gülnisə – Xanirə İsgəndərova
Əbdül – Zahid Mehdiyev

