Bugün, 7 dekabr, Azərbaycanın görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1875-ci ilin bu günündə Nuxada (indiki Şəki) anadan olmuşdur.
Fətəli xan Xoyski Rusiya imperiyası dövründə hüquqşünas və II Dövlət Dumasının deputatı kimi tanınıb. 1917–1918-ci illərdə Zaqafqaziya Komissarlığında xalq maarif komissarı, daha sonra isə ZDFR-də ədliyyə naziri olub.
1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında mühüm rol oynayan Fətəli xan, Cümhuriyyətin ilk Nazirlər Şurası sədri və daxili işlər naziri, daha sonra isə ədliyyə və xarici işlər naziri vəzifələrində çalışıb. O, Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanınması üçün diplomatik səylər göstərib.
Fətəli xan Xoyski 1920-ci il 19 iyunda Tiflisdə siyasi sui-qəsd nəticəsində qətlə yetirilib.
Onun dövlətçilik irsi bu gün də Azərbaycan tarixində xüsusi yer tutur.

