Bu gün, 7 dekabr, görkəmli quruluşçu rejissor və rejissor-pedaqoq Ağəli Dadaşovun vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1906-cı il martın 20-də Bakıda anadan olmuş, Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynamışdır.
Azərbaycan SSR əməkdar artisti (1959) fəxri adına layiq görülən Ağəli Dadaşov uzun illər teatr səhnəsində quruluşçu rejissor kimi fəaliyyət göstərmiş, eyni zamanda pedaqoq kimi gənc rejissorların yetişməsində əvəzsiz xidmətlər göstərmişdir.
Onun həyat yoldaşı Xədicə, övladları Firəngiz, Eldar, Arif və Məlahət ailənin mədəniyyətə bağlı ənənələrini davam etdiriblər.
Azərbaycan mədəniyyət tarixində öz dəst-xətti ilə seçilən Ağəli Dadaşovun xatirəsi daim ehtiramla yad olunur.

