Bu gün, 7 dekabr, görkəmli Azərbaycan kinorejissoru, əməkdar incəsənət xadimi Gülbəniz Yusif qızı Əzimzadənin (1947–2006) vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1947-ci il aprelin 26-da Bakıda dünyaya gələn Gülbəniz Əzimzadə kino sahəsində zəngin və dəyərli yaradıcılıq yolu keçmişdir. O, uzun illər ərzində Azərbaycan kinosuna rejissor və rejissor-assistent kimi xidmət etmiş, bir sıra bədii və sənədli filmlərin ərsəyə gəlməsində mühüm rol oynamışdır.
Onun sənət fəaliyyəti yüksək qiymətləndirilmiş, 1980-ci ildə Azərbaycan SSR Lenin komsomolu mükafatına, 2000-ci ildə isə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Gülbəniz Əzimzadə 2006-cı il dekabrın 7-də vəfat etmişdir. Onun yaradıcılığı bu gün də ölkəmizin kino irsinin parlaq səhifələrindən biri kimi yaddaşlarda yaşayır. Xatirəsi ehtiramla anılır.

