Bu gün, 7 dekabr, tanınmış tarixçi, etnoloq, tarix elmləri doktoru, professor Aydın Hüseynağa oğlu Balayevin vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, 1956-cı il noyabrın 19-da Bakıda anadan olan Aydın Balayev Azərbaycan tarixşünaslığında mühüm xidmətləri ilə tanınırdı. O, etnogenez, milli hərəkatlar, azərbaycançılıq ideologiyası və 20-ci əsr tarixi ilə bağlı dəyərli araşdırmaları ilə elmi ictimaiyyətin rəğbətini qazanmışdı.
Müasir tarix elminə sanballı töhfələr vermiş Aydın Balayev uzun illər AMEA-nın Tarix İnstitutunda fəaliyyət göstərmiş, bir çox elmi əsər və kitabların müəllifi olmuşdur.
Professor Aydın Balayev 2021-ci il dekabrın 7-də Bakıda vəfat etmişdir. O, Azərbaycan tarix elminin parlaq simalarından biri kimi yadda qalacaq.
Allah rəhmət eləsin.

