7 dekabr 1947-ci ildə Azərbaycan sənətşünaslığının görkəmli nümayəndəsi, sənətşünaslıq doktoru, professor Cəmilə Həsənzadə dünyaya gəlib.
"Tehsil365" xəbər verir ki, O, xüsusilə Azərbaycan miniatür sənətinin tədqiqi sahəsində böyük uğurlar qazanıb və “Təbrizin sehrli nağılları” adlı kitabın müəllifi kimi tanınıb.
Cəmilə Həsənzadə uzun illər Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda aparıcı elmi işçi kimi fəaliyyət göstərib, sənət tarixi və estetikası sahəsində mühüm tədqiqatlar aparıb.
Professorun elmi irsi və sənətşünaslıq sahəsində verdiyi töhfələr Azərbaycan mədəniyyətinin zənginləşməsində önəmli rol oynayıb. Cəmilə Həsənzadə 27 avqust 2022-ci ildə vəfat edib.

