1919-cu il dekabrın 7-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkənin ilk dövlət muzeyi – Azərbaycan İstiqlal Muzeyi fəaliyyətə başlayıb.
"Tehsil365" xəbər verir ki, Muzeyin əsas məqsədi Azərbaycanın müstəqillik tarixini, milli-mədəni irsini və istiqlal mübarizəsini sənədlərlə, eksponatlarla nümayiş etdirmək idi.
Azərbaycan Xalq Cümhuriyyətinin Maarif Nazirliyi tərəfindən yaradılan bu muzey Cümhuriyyətin milli dövlətçilik prinsiplərini yaşatmaq və gələcək nəsillərə ötürmək missiyasını daşıyırdı.
Lakin sovetləşmədən sonra muzeyin fəaliyyəti dayandırıldı və eksponatların böyük hissəsi dağıdıldı və ya digər muzeylərə verildi.
Hazırda Azərbaycan İstiqlal Muzeyi 1991-ci ildə yenidən yaradılıb və müstəqil Azərbaycanın tarixi, azadlıq mübarizəsi və istiqlal dəyərlərinin təbliğində mühüm rol oynayır.

