Bu gün, 7 dekabr, dünyada Beynəlxalq Mülki Aviasiya Günü kimi qeyd olunur.
"Tehsil365" xəbər verir ki, Bu əlamətdar gün 1994-cü ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yaranmasının 50 illiyi münasibətilə BMT tərəfindən təsis edilmişdir.
Günün məqsədi — mülki aviasiyanın qlobal hava nəqliyyat sistemindəki mühüm rolunu, ölkələr arasında əlaqələrin, iqtisadi inkişafın və mədəniyyətlərarası inteqrasiyanın təşviqindəki əvəzsiz yerini vurğulamaqdır.
Azərbaycan da ICAO-nun üzvüdür və son illərdə ölkənin aviasiya sahəsində ciddi inkişaf müşahidə olunur. Heydər Əliyev Beynəlxalq Hava Limanı regionun ən müasir hava limanlarından biri kimi fəaliyyət göstərir, həmçinin milli aviaşirkət “AZAL” beynəlxalq reyslər şəbəkəsini genişləndirir.
Beynəlxalq Mülki Aviasiya Günü bu sahədə çalışan hər kəsin peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə aviasiya sahəsində çalışan bütün mütəxəssisləri təbrik edirik!

