Bu gün, 7 dekabr, Azərbaycan tarixində mühüm əlamətdar gündür.
"Tehsil365" xəbər verir ki,1918-ci ilin məhz bu günü, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Parlamentinin ilk iclası keçirilib. İclas Bakıdakı Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun binası) təntənəli şəkildə açılıb.
AXC parlamenti müsəlman Şərqində ilk dəfə olaraq demokratik prinsiplər əsasında formalaşmış qanunverici orqan idi. Parlamentdə yalnız müsəlman-türk nümayəndələri deyil, digər millətlərin – ermənilərin, rusların, yəhudilərin və almanların da təmsilçiləri yer almışdı. Bu da Cümhuriyyətin çoxmillətli və demokratik ruhunu əks etdirirdi.
Parlamentin birinci iclasında Fətəli xan Xoyski hökumət başçısı kimi çıxış edib, ölkənin gələcək idarəetmə prinsipləri və qarşıda duran vəzifələr barədə danışıb.
7 dekabr tarixi Azərbaycanın parlamentçilik ənənələrinin əsasının qoyulduğu gün kimi tarixə düşüb və hər il Milli Məclis tərəfindən Parlamentarizm Günü kimi qeyd olunur.

