7 dekabr 2017-ci ildə UNESCO-nun Hökumətlərarası Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının İran İslam Respublikası ilə birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” nominasiyası rəsmən “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ Siyahısı”na daxil edilib.
"Tehsil365" xəbər verir ki, Bu qərar Azərbaycanın zəngin musiqi mədəniyyətinin dünyada tanınması və qorunması istiqamətində mühüm addım hesab olunur. Kamança həm Azərbaycanda, həm də İran musiqi ənənələrində dərin köklərə malik simli alət kimi böyük əhəmiyyətə malikdir.
UNESCO-nun bu qərarı kamança sənətinin beynəlxalq səviyyədə dəyərləndirilməsi və gələcək nəsillərə ötürülməsi üçün əhəmiyyətli platforma yaratmışdır. Azərbaycan mədəni irsinin qorunması və təbliği istiqamətində atılan addım kimi qəbul edilən bu hadisə ölkəmizin mədəniyyət sahəsindəki uğurlarından biridir.

