Təhsil 365 - Logo Mobile

Uşaqlar üçün riyaziyyat və məntiqin əhəmiyyəti – Müəllimə Əliyeva Dünya ilə reportaj

22807.12.2025 - 08:07
Uşaqlar üçün riyaziyyat və məntiqin əhəmiyyəti – Müəllimə Əliyeva Dünya ilə reportaj

Astarada fəaliyyət göstərən mental arifmetika və məntiq müəllimi Əliyeva Dünya uşaqlara riyaziyyatı sevdirən pedaqoqlardan biridir. O, həm şəxsi həyatında keçdiyi çətinliklər, həm də müəllimlik təcrübəsi ilə formalaşan unikal yanaşması sayəsində bu gün bir çox şagirdin riyaziyyata olan münasibətini dəyişdirə bilir.

“Tehsil365” xəbər verir ki, Onunla riyaziyyat və məntiq tədrisinin əhəmiyyəti, çətinlikləri və gələcək planları barədə söhbətləşdik.

“Riyaziyyata sevgim çətinlik içindən yarandı”

Müəllimə xatırlayır ki, ibtidai sinif illəri heç də rahat keçməyib. Ailəsinin ağır dönemi səbəbindən dərslərə davamlı gedə bilməyib:

“Atam qəza keçirib komada qalırdı. Anam xəstəxanada idi, mən isə nənəmin evində qalırdım. Buna görə ibtidai sinifdə dərslərə az gedirdim. Hətta vurma cədvəlini 4-cü sinifdə öyrəndim. 5-ci sinifdə Bakıya köçdükdən sonra özümə söz verdim ki, oxuyacağam və hər şeyi bacaracağam.”

Bu qərar onun həyatını dəyişib. Sonradan Anna müəllimənin dəstəyi ilə riyaziyyata həvəsi daha da artıb:

“9-cu sinifdə riyaziyyatdan 3 alan şagird idim, amma müəlliməm mənə elə öyrətdi ki, 11-ci sinifdə buraxılışda 30 sualdan 29-nu yazdım.”

Müəllimlik fəaliyyətinə aparan yol

Əliyeva Dünya 2019-cu ildə universiteti bitirib, 2020-ci ildən isə məktəbdə müəllim kimi çalışmağa başlayıb. Lakin müəllimlik təcrübəsi hələ tələbəlik illərində formalaşıb:

“Hələ tələbə olanda uşaqlara kömək edirdim. Qrup yoldaşlarıma çətin mövzuları Anna müəllimənin metodu ilə sadə şəkildə izah edirdim. Öyrətmək mənə həzz verirdi.”

O, mental arifmetika sahəsində biliklərini inkişaf etdirmək üçün Nirvana Akademiyasında kurs keçərək beynəlxalq dərəcəli diplom da alıb. Bu diplom ona ibtidai sinif şagirdlərinə vurma cədvəlini daha asan öyrətməkdə kömək edir.

“Uşaqlara riyaziyyatı sevərək və əylənərək öyrədirəm”

Dünya müəllimənin əsas prinsipi – öyrənmə prosesini maraqlı etməkdir:

“Uşaqlar mənimlə dost kimi olduqlarını hiss edəndə, dərsimə də maraqla yanaşırlar. Sevilən müəllimin dərsi də sevilir.”

Onun sözlərinə görə, mental arifmetika və oyunlar vasitəsilə tədris şagirdlərdə həm marağı, həm də özünəinamı artırır.

Dərs proqramı və fərdi yanaşma

Hazırkı dərs proqramını normal hesab etsə də, müəllimə əlavə olaraq hər şagird üçün fərdi tapşırıq və metod hazırlanmasının vacibliyini vurğulayır:

“Hər şagird eyni öyrənmir. Müəllimin öz metodları olmalıdır. Zəif şagird mənim üçün yoxdur — əsas odur ki, öyrənmək istəyi olsun.”

Çətinliklər: psixoloji baryerlər

Ən böyük problem isə uşaqlara öncədən aşılanan riyaziyyat qorxusudur:

“Bəzi uşaqlara valideyn və ya çevrə deyir ki, ‘riyaziyyat sənlik deyil’. Uşaq buna inanır, psixoloji baryer yaranır. Bu inamı sındırmaq çox çətin olur.”

Valideyn dəstəyi – təhsilin əsası

Müəllimə valideyn rolunun vacibliyinə xüsusi diqqət çəkir:

“Valideyn–müəllim–şagird birləşəndə nəticə olur. Məktəblərdə valideynlər üçün seminarlar keçirilməlidir ki, onlar evdə uşağa necə yanaşacaqlarını bilsinlər.”

Texnologiya: beyin hesablaması öndə olmalıdır

Texnologiyanın faydalı olduğunu desə də, o, uşaqlarda beyin hesablamasının daha çox inkişaf etdirilməsini doğru sayır:

"Kalkulyator hər yerdə var, amma beyin hesablaması düşüncəni kəskinləşdirir. Erkən yaşdan hesablamaları beyində aparmağı öyrətmək lazımdır."

İmtahan hazırlığında metodlar

İmtahanlara hazırlıq zamanı əsas diqqət ilkin bacarıqların möhkəmləndirilməsinə yönəlir:

“Sürətli sınaqlar və sistemli təkmilləşdirmə əsas üsullarımdır.”

Gələcək hədəflər: Astarada mental arifmetika mərkəzi

Əliyeva Dünya gələcəkdə öz tədris mərkəzini açmaq niyyətindədir:

“Astarada hələ mental arifmetika mərkəzi yoxdur. Lap uşaq yaşlarından ‘sən bacarmazsan’ deyilən uşaqlara fərdi yanaşacağım bir mərkəz açmaq istəyirəm.”

Müəllimə Dünya Əliyeva riyaziyyat dərsini yalnız fənn kimi deyil, uşaqların düşüncə bacarığını formalaşdıran bir proses kimi görür. Onun məqsədi – hər bir şagirdin riyaziyyatdan qorxusunu aradan qaldırmaq, öyrənməni sevdirərək, əyləncəli mühitdə nəticəyə çatdırmaqdır.

Cümşüdova Gülbadam

Xəbər Lenti

Məktəblərdə “Yaşıl layihə”proqramı həyata keçirilir07.10.2026 - 19:59
Kimya İnstitutunda makromolekullar kimyası ixtisası üzrə dissertasiya müdafiə olunub07.10.2026 - 19:58
NDU-da yeni dərs vəsaiti07.10.2026 - 19:50
Əli Ələkbərov: “Geyim qaydaları bütün şagirdlərə eyni prinsiplərlə tətbiq olunmalıdır”07.10.2026 - 19:40
BDU-da "Clarivate Günləri" keçirilib07.10.2026 - 19:08
BDU-da Əmək Günü qeyd olundu07.10.2026 - 19:04
Baxçakürd məktəbində müşavirə kecirilib07.10.2026 - 18:55
Bakıda İncəsənət Həftəsonu olacaq07.10.2026 - 18:48
Azərbaycan kitabları Berlində nümayiş olundu07.10.2026 - 18:42
BMU ilə Özbəkistanın Milli Tədqiqat Universiteti arasında əməkdaşlıq genişlənir07.10.2026 - 18:31
8 tacikistanlı HTP çərçivəsində Azərbaycanda təhsil alacaq07.10.2026 - 18:23
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 18:15
Litva və Azərbaycan Universitetləri birgə əməkdaşlıq edir07.10.2026 - 17:59
“Azərbaycan tarixşünaslığında monqollar dövrü” adlı yeni monoqrafiya nəşr olunub07.10.2026 - 17:52
AMEA-da Kəlağayım millidir, butalıdır, güllüdür” adlı elmi sessiya keçirilib.07.10.2026 - 17:48
Edinburq və Kembric universitetlərinin alimləri Katex kəndində tədqiqat aparıblar07.10.2026 - 17:44
AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq07.10.2026 - 17:31
Şəkidə “Şinel” tamaşası təqdim olundu07.10.2026 - 17:27
Nazir: “Güclü siyasi etimad real regional dayanıqlılıq və qarşılıqlı əlaqəliliyə çevrilir.”07.10.2026 - 17:15
Fərid Kazımov: “Xaricdə yaşayan gənc mütəxəssislərə Azərbaycanın imkanları geniş təqdim olunmalıdır “MÜSAHİBƏ07.10.2026 - 16:52
Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub07.10.2026 - 15:32
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib07.10.2026 - 14:54
İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir07.10.2026 - 14:48
“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır07.10.2026 - 14:42
Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək07.10.2026 - 14:38
Həsən Həsənli Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb07.10.2026 - 14:34
ADNSU-da startapçılar üçün emosional intellekt təlimi keçirilib07.10.2026 - 14:31
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb07.10.2026 - 14:28
UNEC tələbələrinə master-klass keçilib07.10.2026 - 14:23
Azərbaycanda orta təhsillilərin sayında AZALMA var07.10.2026 - 14:20
İmtahan stressi şagird və tələbələrin sağlamlığına necə təsir edir? – Nevroloq AÇIQLADI07.10.2026 - 14:04
Qarabağ Universiteyində fəaliyyət göstərən əncəbi müəllimlərlə görüş keçirilib07.10.2026 - 14:03
ADPU-da Təhsil Şurası İctimai Birliyinin iclası keçirilib07.10.2026 - 13:56
Bakı Dövlət Universitetində “Clarivate Günləri”07.10.2026 - 13:14
BDU-da beynəlxalq təbiəti mühafizə təşkilatı olan DEFEND-in nümayəndələri ilə görüş07.10.2026 - 13:07
Müəllimlərin işini asanlaşdıran SÜNİ İNTELLEKT alətləri07.10.2026 - 13:02
Məktəblilərimizdən beynəlxalq qalibiyyət07.10.2026 - 12:57
Sabah Bakıda hava yağmursuz olacaq07.10.2026 - 12:53
DİM və Baş Prokurorluq prokurorluqda iş üçün test imtahanı keçirəcək07.10.2026 - 12:50
Mükafat və maaş əlavələri ilə bağlı tarix dəyişdirildi07.10.2026 - 12:45
Tacikistanlı 8 tələbə Azərbaycanın ali məktəblərində təhsil alacaq07.10.2026 - 12:41
Bakı məktəblərində yeni ekoloji layihə07.10.2026 - 12:39
Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb07.10.2026 - 12:36
Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib07.10.2026 - 12:34
Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair forum keçirilib07.10.2026 - 12:30
Ziya Səlcuq təhsil işçiləri üçün ölkəmizdə ustad dərsi keçdi07.10.2026 - 12:27
Uşağın qanında psixotrop maddə aşkarlandığı iddia olunan bağçanın müdiri işdən çıxarılıb07.10.2026 - 12:20
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib07.10.2026 - 12:16