ABŞ Təhsil Departamenti Vətəndaş Hüquqları İdarəsində (OCR) baş verən kadr azlığı səbəbindən yüzlərlə işdən çıxarılan əməkdaşdan müvəqqəti olaraq geri qayıdıb fəaliyyət göstərmələrini xahiş edib.
“Tehsil365” xəbər verir ki, Məqsəd məktəblərdə ayrı-seçkilik hallarının araşdırılması və həllinə dəstək verməkdir.
Departamentin bu addımı son aylarda artan şikayətlər və araşdırmalar fonunda atılıb. Xüsusilə irq, cins və əlillik əsasında ayrı-seçkilik iddialarının çoxalması səbəbindən, OCR ciddi kadr çatışmazlığı ilə üzləşib.
Rəsmilər bildirir ki, bu müvəqqəti işə qayıtma çağırışı könüllü əsasda həyata keçirilir və prioritet olaraq təcrübəli əməkdaşlara yönəlib. Təhsil Departamenti problemin struktur səbəblərini də araşdırdığını və uzunmüddətli həll yolları üzərində işlədiyini açıqlayıb.

