Təhsil 365 - Logo Mobile

Azərbaycan tarixi bütün ixtisas qruplarında olmalıdır - SƏBƏBLƏR

11507.12.2025 - 09:50
Azərbaycan tarixi bütün ixtisas qruplarında olmalıdır - SƏBƏBLƏR

Məktəblərdə vətənpərvərlik mövzusunun təbliği istiqamətində atılacaq addımları, onların kəmiyyət və keyfiyyət müstəvisində inkişafını sürətləndirmək hazırda tədris prosesi üçün hava-su kimi vacib məsələlərdəndir.

Tehsil365” xəbər verir ki, bu barədə Tehsil eksperti Elmin Nuri qeyd edib, “Lakin bu yöndə görüləcək işlər ən çox bir faktordan asılıdır: özünəməxsus olan, sırf milli təhsil brendimizin yaradılması və tədris prosesinin onunla tamamilə uyğunlaşdırılması. Belə olan təqdirdə milli vətənpərvərlik hisslərinin təbliği və onun faydalılıq mexanizmi uğurlu ola bilər. Yalnız bu zaman təhsil özü bir sistem olaraq milli dəyərlərin daha da gücləndirilməsi üçün çox güclü motivator rolunu oynamağı bacaracaq”.

“Məktəb, təhsil azərbaycançılıq ideologiyasının, milli yaddaş konsepsiyamızın qorunmasında, gələcək nəsillərə çatdırılmasında hər zaman ən önəmli faktorlardan olub”

Həmçinin qeyd olunub ki, “Bu gün isə Azərbaycan məktəbinin, təhsilinin üzərində ikiqat şərəfli və çətin missiya var: o, gəncliyi həm milli yaddaşın sağlam dəyərləri kontekstində formalaşdırmalı, həm də XXI əsrin modern inkişaf mexanizminin fonunda inkişaf etdirməlidir”

“Milli şüurla bəşəri dəyərlərin ortaq nöqtəsində hərəkət yeni milli təhsil modelinin formalaşdırılmasını zəruri edir. Milli təhsil modelimiz Zəfərdən sonrakı dönəmdə məktəbyaşlı uşaqlardan başlayaraq, formalaşmaqda olan gənclik üçün milli bələdçi funksiyasını layiqli şəkildə həyata keçirə bilər”.

“Yeni təhsil standartları və məzmun xətlərini əhatə etməli olan milli təhsil modeli şəxsiyyət texnoloqu, insan mühəndisliyi funksiyasını prioritet hesab etməli, tədris prosesini informasiyanın təkcə qəbulu deyil, onun düzgün emalı, həyati tətbiqi mexanizmi kimi dəyərləndirməlidir”.

“Şagird üzərində şəxsiyyət mühəndisliyi rolunu oynamalı olan bu model fərdin çağdaş praktiki bilik və bacarıqlarının yalnız milli dövlətçilik meyarları üzərində inkişaf etməsini əsas götürməli, pedaqoji işin təşkilini ancaq bu halda düzgün hesab etməlidir”.

Ekspert onu da vurğulayıb ki, “Milli təhsil modeli və onun tədris prosesində tətbiqi mexanizminin hazırlanması, dünya təhsilinin öncül modellərinin uğurlu təcrübələri ilə milli təfəkkür, milli şüur, dövlətçilik ənənələrinin inkişafına xidmət edən örnək elementlərin sintezinə çalışmaq təhsil istiqamətində prioritet çağırışlar kimi qəbul edilə bilər”.

Sonda bildirilib ki, “Yuxarıda təqdim olunan meyarlar, məqsəd və vəzifələr Azərbaycan tarixi fənninin hər bir təhsilalan üçün nə dərəcədə önəmli predmet olduğunu əks etdirir. Təbii ki, bu meyarlar qədər vacib məsələ də onların nə dərəcədə tədris olunması, şagirdə nə qədər uğurlu çatdırılmasıdır. Lakin istər məzmunundakı millilik, milli şüurun inkişafı kodekslərinin daha da inkişaf etdirilməsi, istərsə də problemlərin təhlili və qərar qəbuletmə məzmun xətlərinə görə Azərbaycan tarixi fənni həm buraxılış imtahanlarına dördüncü vacib predmet kimi salınmalı, həm də bütün ixtisas qrupları üzrə blok imtahanlarının vazkeçilməz fənlərindən biri olmalıdır”.

“Bu predmet bizə təkcə universitetə qəbul olmaq üçün yox, bəlkə də ondan da böyük məzmun üçün vacibdir....”.

Amidə Zeynalova

Xəbər Lenti

Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub07.12.2025 - 19:54
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb07.12.2025 - 19:45
Nobel mükafatına layiq görülən Daron Acemoğlu və onun elmi töhfəsi07.12.2025 - 19:30
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər07.12.2025 - 19:15
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub07.12.2025 - 19:00
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 07.12.2025 - 18:59
Üç yaşlı uşaq dünya rekorduna imza atdı07.12.2025 - 18:51
“Simpsonlar”ın premyerası nümayişi təxirə salındı07.12.2025 - 18:42
Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək07.12.2025 - 18:27
Neftçalada “I Balıq” Festivalı keçirilib07.12.2025 - 18:17
BDU-nun dosenti Qismət Davudov vəfat etdi07.12.2025 - 18:00
Xaricdə təhsil imkanı imkansız tələbələr arasında yarıya enib07.12.2025 - 17:59
Bu turşunu yeyənlərin diqqətinə!07.12.2025 - 17:50
Azərbaycan-Özbəkistan birgə istehsalı “Yer və Ay” filminin premyerası olub07.12.2025 - 17:41
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər07.12.2025 - 17:36
"Silikon Səhrasında" məktəb tələbələri yarımkeçirici Bumuna qoşulmağa hazırlanır07.12.2025 - 17:28
Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı07.12.2025 - 17:25
Gənclər Dialoqunun ikinci günündə D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub07.12.2025 - 17:24
Dünyada İLK - Aşpaz süni intellektlə yeməklər hazırlayır07.12.2025 - 17:18
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib07.12.2025 - 17:15
Emin Əmrullayevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda təhsil sahəsində əməkdaşlığı müzakirə edib07.12.2025 - 17:02
Minlərlə şagird peşə bacarıqları qazanır: "Peşə Təmayüllü Siniflər" layihəsi uğurla davam edir07.12.2025 - 16:57
Sosial təzyiqin azaldılması: Peşə təhsilinə marağın artması Ali təhsilə süni tələbi azaldacaq07.12.2025 - 16:44
"Yalnız Ali təhsil" stereotipi sındırılır: Peşə təhsili alternativ yol kimi təbliğ olunur07.12.2025 - 16:31
Yeni peşə məktəblərinin açılması gənclərin bacarıqlarının inkişafına təkan verəcək07.12.2025 - 16:18
“Küldə şərqi deyənlər” sənədli filmi təqdim olundu07.12.2025 - 16:05
Pedaqogikaya təsir edən "Şəxsi olmayan və Ümumi" sinif əlamətləri07.12.2025 - 15:41
Donald Tramp “GENESIS MISSION” təşəbbüsünü elan etdi07.12.2025 - 15:39
Astara şəhərində "Qaraca qız" mövzusunda ustad dərs keçirilib07.12.2025 - 15:26
Astara şəhərində "Təbrizim" əsəri ilə bağlı açıq dərs keçirildi07.12.2025 - 15:23
STEP Azerbaijan-dan Abşeron qadın və uşaq sığınacağına dəstək ziyarəti keçirilib07.12.2025 - 15:00
Akademik keyfiyyət və məzun hazırlığına dair narahatlıqlar07.12.2025 - 14:29
Xəzərin nadir balığı azalır - Vacib addımlar atılacaq07.12.2025 - 14:00
Mühacirlərin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”07.12.2025 - 13:50
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ07.12.2025 - 13:36
"Böyük Teatr" ın solistinin konserti olacaq07.12.2025 - 13:35
16-cı Bakı Beynəlxalq Film Festivalı başladı07.12.2025 - 13:20
Xaçmazda ibtidai sinif müəllimi qəfil həyatını itirdi07.12.2025 - 13:10
"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib07.12.2025 - 12:34
Universitetlər müraciət sistemində süni intellekt (AI) alətlərindən istifadə etməyə başlayıb07.12.2025 - 12:34
Nuranə Abıyevanın təqdimatında "Jest dili dərsləri" proqramı davam edir07.12.2025 - 12:26
ABŞ-də bu ay təhsil barədə önəmli xəbərlər07.12.2025 - 12:22
Sabahın hava proqnozu açıqlanıb07.12.2025 - 12:18
"Peşə təmayüllü siniflər” layihəsindən FOTOLENT07.12.2025 - 12:12
Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatı keçirilib07.12.2025 - 12:10
“Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub07.12.2025 - 12:08
Deputat: "Mədəniyyətimizi küçə səviyyəsinə endirməyə icazə verməməliyik"07.12.2025 - 12:00
Türkiyədə Qarabağ qazisinə həsr edilən film mükafat aldı07.12.2025 - 11:55