Təhsil 365 - Logo Mobile

Gürcüstanda əcnəbi tələbələrə “qırmızı işıq” - Azərbaycana problem?

8507.12.2025 - 11:34
Gürcüstanda əcnəbi tələbələrə “qırmızı işıq” - Azərbaycana problem?

Növbəti tədris ilindən etibarən Gürcüstanın dövlət universitetlərinə əcnəbi tələbələrin qəbulu dayandırılacaq. Bu barədə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bildirib.

Tehsil365” APA -ya istinadən xəbər verir ki, O qeyd edib ki, özəl ali məktəblər fəaliyyətlərini adi rejimdə davam etdirəcəklər və əcnəbi tələbələri qəbul etmək imkanı əldə edəcəklər

Nazirin sözlərinə görə, hazırda bəzi dövlət universitetlərində əcnəbi tələbələrin sayı təhsil alanların ümumi sayının təqribən yarısını təşkil edir. “Biz Gürcüstan vətəndaşlarına keyfiyyətli təhsilin verilməsinə diqqət yetirməliyik. Buna görə də dövlət ali məktəblərinə Gürcüstan vətəndaşlarından bir neçə dəfə çox təhsil haqqı ödəyən əcnəbilər qəbul edilməyəcək”, - Mikanadze əlavə edib.

Qeyd edək ki, Gürcüstanda 63 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan 19-u dövlət universitetidir.

2024-2025-ci tədris ilində Gürcüstan universitetlərində təhsil alan əcnəbilərin sayı 37 125 nəfər təşkil edib. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 6 424 nəfər çoxdur. Qonşu ölkədə ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı isə 8600 nəfərdir. Onların 3760-sı dövlət, 4840-ı isə özəl universitetlərin tələbələridir.

Qeyd edək ki, Gürcüstanda səfərdə olan Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev isə “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib ki, Azərbaycan Gürcüstanla ali təhsil müəssisələri arasında birgə tədqiqatlar aparmaq, tələbə mübadiləsi proqramlarını genişləndirmək və iki ölkənin gəncləri üçün faydalı layihələri gerçəkləşdirmək istəyir. O qeyd edib ki, səfərin əsas məqsədi Azərbaycan və Gürcüstan arasında təhsil və elm sahəsində əməkdaşlığı müzakirə etməkdir. Nazir bildirib ki, səfər çərçivəsində həm Tbilisidəki məktəblərdə, həm də Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetində görüşlər keçiriləcək.

E.Əmrullayev əlavə edib ki, prioritet Azərbaycan və Gürcüstanda fəaliyyət göstərən məktəblərdə təhsilin keyfiyyətinin artırılması və müəllim hazırlığının gücləndirilməsidir

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, Gürcüstanın dövlət universitetlərinə əcnəbi tələbə qəbulunu dayandırması regionda ali təhsil bazarının struktur balansını dəyişən və milli təhsil siyasətinin prioritetlərini yenidən müəyyənləşdirən qərardır. “Yeni Müsavat”a şərhində ekspert qeyd etdi ki, nazir Givi Mikanadzenin açıqladığı kimi, bəzi dövlət universitetlərində əcnəbilərin payının 50 faizə çatması dövlət təhsil missiyasının əsas funksiyası yerli vətəndaşların keyfiyyətli ali təhsilə çıxışını təmin etmək ilə ziddiyyət təşkil edir: “Bu yanaşma göstərir ki, Gürcüstan ali təhsil məkanını kommersiya yönümlü modeldən sosial missiyalı modelə geri qaytarmaq istəyir. Azərbaycan qanunvericiliyində də eyni prinsip mövcuddur: ”Dövlət ali təhsil müəssisələri təhsildə bərabər imkanları təmin etməli və sosial ədalət prinsipinə əsaslanmalıdır" (“Təhsil haqqında” qanun, maddə 3). Gürcüstanın qərarı bu prinsipin sərt tətbiq forması kimi çıxış edir. Bu addımın region üçün təsiri tələbə axınının istiqamətinin dəyişməsi ilə daha aydın görünəcək. Gürcüstanda hazırda 20 mindən çox əcnəbi tələbə təhsil alır və onların təxminən üçdə birini azərbaycanlılar təşkil edir. Təkcə tibb ixtisasında oxuyan azərbaycanlıların illik sayı 1500-1800 nəfər arasında dəyişir. Qadağadan sonra bu kontingentin əhəmiyyətli hissəsi təbii olaraq alternativ istiqamətlərə yönələcək və Azərbaycan ali təhsil sistemi üçün yeni tələbə axını yaranacaq. Dünya təcrübəsi göstərir ki, regional təhsil mərkəzinə çevrilən ölkələr - Türkiyə, Gürcüstan, Polşa, Malayziya tələbə axınının dəyişməsindən böyük qazanclar əldə ediblər. Azərbaycan da son illər ali təhsil sektorunda apardığı islahatlarla oxşar potensial yaradır: tamştat müəllim modeli, nəticəyönlü akkreditasiya, proqramların beynəlmiləlləşdirilməsi, xarici tələbələr üçün vizasız və sadələşdirilmiş qəbul prosedurları ölkəmizi real seçim ölkəsinə çevirir. Elm və Təhsil Nazirliyinin ardıcıl və data əsaslı siyasəti burada xüsusi vurğulanmalıdır; çünki son beş ildə universitetlərin keyfiyyət mexanizmləri sərtləşdirilib, tədris standartları yenilənib, ingilis dilli proqramların sayı 2,5 dəfə artıb və bu, Azərbaycanı regionda rəqabətqabiliyyətli təhsil mərkəzi kimi möhkəmləndirib".

Ekspert azərbaycanlı tələbələrin Gürcüstanı seçməsinin səbəblərinə dair statistik təhlillərə diqqət çəkərək söylədi ki, əsas motivlər aşağı təhsil haqqı (orta illik 2500-3500 USD), qəbul prosesinin sadəliyi və attestatla qəbul imkanı, tibb təhsilində yer çatışmazlığının Gürcüstan tərəfindən kompensasiya olunması, coğrafi yaxınlıq və nəqliyyat əlçatanlığıdır: “Bu indikatorlar göstərir ki, tələbələr tənzimlənməsi asan, iqtisadi yükü az olan ölkələri seçməyə meyillidirlər. Gürcüstandakı qadağa bu motivasiyanın yenidən qiymətləndirilməsinə səbəb olacaq və tələbələr artıq seçimlərini daha çox iki istiqamət üzrə edəcəklər: öz ölkələrində təhsil almaq və ya daha yüksək keyfiyyətli və strukturlaşmış ali təhsil sistemləri olan Türkiyə, Şimali Kipr, Polşa və Baltikyanı ölkələrə yönəlmək. Qadağanın Azərbaycanda tətbiq olunması ehtimalı isə real görünmür, çünki ölkəmizin ali təhsil strategiyası əks modeli - beynəlmiləlləşməni və xarici tələbə sayının artırılmasını - prioritet kimi müəyyənləşdirib. ”Azərbaycan Respublikasında ali təhsil sisteminin inkişafı üzrə 2030 strategiyası"nda vurğulanır ki, ölkənin məqsədi “xarici tələbələr üçün regional təhsil mərkəzinə çevrilməkdir” və əcnəbi tələbə sayı 2030-cu ilədək ən azı iki dəfə artırılmalıdır. Hazırda ölkəmizdə təhsil alan 15 minə yaxın xarici tələbə dövlət və özəl universitetlərə illik təxminən 70-80 milyon manat iqtisadi töhfə verir. Bununla yanaşı, Elm və Təhsil Nazirliyi son illərdə ciddi keyfiyyət təminatı islahatları ilə bazarın kommersiyalaşmasının qarşısını alıb. Akkreditasiya tələblərinin sərtləşməsi, müəllim yüklərinin optimallaşdırılması, məktəblərdə olduğu kimi universitetlərdə də idarəetmə standartlarının yenilənməsi təhsil sistemini daha davamlı və etibarlı edir. Bu səbəbdən Gürcüstandakı kimi kəskin məhdudiyyətlərə ehtiyac qalmır və ölkənin təhsil siyasəti daha balanslı şəkildə qurulur. Gürcüstanın qərarının müsbət tərəfləri ondan ibarətdir ki, yerli tələbələr üçün daha çox yer ayrılacaq, təhsil resursları sosial missiyaya yönələcək və dövlət universitetlərində keyfiyyətsiz kommersiya abituriyent axını azalacaq. Mənfi tərəfi isə regionda tələbə miqrasiyasının süni şəkildə pozulmasıdır. Bu, həm Gürcüstanın iqtisadi gəlirlərinin azalmasına, həm də müəyyən ixtisaslar üzrə kadr bazasının daralmasına səbəb ola bilər. Məsələn, 2023-cü ildə Gürcüstanın dövlət universitetlərində əcnəbi tələbələrin ödədiyi təhsil haqqı 120 milyon larini keçmişdi və bu məbləğ bütövlükdə sistemin maliyyə sabitliyinə təsir göstərirdi".

Kamran Əsədov

Amidə Zeynalova

Xəbər Lenti

Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub07.12.2025 - 19:54
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb07.12.2025 - 19:45
Nobel mükafatına layiq görülən Daron Acemoğlu və onun elmi töhfəsi07.12.2025 - 19:30
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər07.12.2025 - 19:15
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub07.12.2025 - 19:00
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 07.12.2025 - 18:59
Üç yaşlı uşaq dünya rekorduna imza atdı07.12.2025 - 18:51
“Simpsonlar”ın premyerası nümayişi təxirə salındı07.12.2025 - 18:42
Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək07.12.2025 - 18:27
Neftçalada “I Balıq” Festivalı keçirilib07.12.2025 - 18:17
BDU-nun dosenti Qismət Davudov vəfat etdi07.12.2025 - 18:00
Xaricdə təhsil imkanı imkansız tələbələr arasında yarıya enib07.12.2025 - 17:59
Bu turşunu yeyənlərin diqqətinə!07.12.2025 - 17:50
Azərbaycan-Özbəkistan birgə istehsalı “Yer və Ay” filminin premyerası olub07.12.2025 - 17:41
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər07.12.2025 - 17:36
"Silikon Səhrasında" məktəb tələbələri yarımkeçirici Bumuna qoşulmağa hazırlanır07.12.2025 - 17:28
Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı07.12.2025 - 17:25
Gənclər Dialoqunun ikinci günündə D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub07.12.2025 - 17:24
Dünyada İLK - Aşpaz süni intellektlə yeməklər hazırlayır07.12.2025 - 17:18
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib07.12.2025 - 17:15
Emin Əmrullayevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda təhsil sahəsində əməkdaşlığı müzakirə edib07.12.2025 - 17:02
Minlərlə şagird peşə bacarıqları qazanır: "Peşə Təmayüllü Siniflər" layihəsi uğurla davam edir07.12.2025 - 16:57
Sosial təzyiqin azaldılması: Peşə təhsilinə marağın artması Ali təhsilə süni tələbi azaldacaq07.12.2025 - 16:44
"Yalnız Ali təhsil" stereotipi sındırılır: Peşə təhsili alternativ yol kimi təbliğ olunur07.12.2025 - 16:31
Yeni peşə məktəblərinin açılması gənclərin bacarıqlarının inkişafına təkan verəcək07.12.2025 - 16:18
“Küldə şərqi deyənlər” sənədli filmi təqdim olundu07.12.2025 - 16:05
Pedaqogikaya təsir edən "Şəxsi olmayan və Ümumi" sinif əlamətləri07.12.2025 - 15:41
Donald Tramp “GENESIS MISSION” təşəbbüsünü elan etdi07.12.2025 - 15:39
Astara şəhərində "Qaraca qız" mövzusunda ustad dərs keçirilib07.12.2025 - 15:26
Astara şəhərində "Təbrizim" əsəri ilə bağlı açıq dərs keçirildi07.12.2025 - 15:23
STEP Azerbaijan-dan Abşeron qadın və uşaq sığınacağına dəstək ziyarəti keçirilib07.12.2025 - 15:00
Akademik keyfiyyət və məzun hazırlığına dair narahatlıqlar07.12.2025 - 14:29
Xəzərin nadir balığı azalır - Vacib addımlar atılacaq07.12.2025 - 14:00
Mühacirlərin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”07.12.2025 - 13:50
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ07.12.2025 - 13:36
"Böyük Teatr" ın solistinin konserti olacaq07.12.2025 - 13:35
16-cı Bakı Beynəlxalq Film Festivalı başladı07.12.2025 - 13:20
Xaçmazda ibtidai sinif müəllimi qəfil həyatını itirdi07.12.2025 - 13:10
Universitetlər müraciət sistemində süni intellekt (AI) alətlərindən istifadə etməyə başlayıb07.12.2025 - 12:34
"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib07.12.2025 - 12:34
Nuranə Abıyevanın təqdimatında "Jest dili dərsləri" proqramı davam edir07.12.2025 - 12:26
ABŞ-də bu ay təhsil barədə önəmli xəbərlər07.12.2025 - 12:22
Sabahın hava proqnozu açıqlanıb07.12.2025 - 12:18
"Peşə təmayüllü siniflər” layihəsindən FOTOLENT07.12.2025 - 12:12
Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatı keçirilib07.12.2025 - 12:10
“Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub07.12.2025 - 12:08
Deputat: "Mədəniyyətimizi küçə səviyyəsinə endirməyə icazə verməməliyik"07.12.2025 - 12:00
Türkiyədə Qarabağ qazisinə həsr edilən film mükafat aldı07.12.2025 - 11:55