“Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi çərçivəsində Asif Muradzadənin “Ayrılığın sonu varmış” tarixi romanının təqdimatı keçirilib.
“Tehsil365” xəbər verir ki, Təqdimat mərasimində bildirilib ki, yazıçı Mustafa Çəmənlinin redaktorluğu ilə işıq üzü görən əsərdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etdikdən sonra İrandan və Osmanlı Türkiyəsindən köçürülüb. Azərbaycanın əzəli tarixi torpaqlarında - Zəngəzurda, İrəvanda, Qarabağda məskunlaşdırdığı erməni millətçilərinin yerli əhaliyə qarşı törətdikləri dəhşətli cınayətlərdən bəhs olunur.
Əslən Zəngəzurdan olan müəllif ata-baba yurdunun təbiətini, sadə, mərd, həyatsevər insanlarının taleyini, erməni daşnakların onlara yaşatdıqları vəhşilikləri oxucuların yaddaşında bərpa etməyə səy göstərir.
Roman oxucunu 1905-1920-ci illərin qanlı-qadalı dönəminə aparır. Hacı Atakişi və Məşədi Fərman, Məşədi Muradxan, Sevindik Səmayə, Abbasqulu, Zeyqəm və digər obrazların dili ilə bir xalqın köksündə gizlənən dərdlər danışır. Xüsusilə Fərmanla Anahit arasındakı sevgi, əslində, türkün dostluq əlini uzatdığı, amma xəyanətlə qarşılaşdığı bir faciənin simvoludur. Anahit zərif bir qadın, eyni zamanda, içində şeytani niyyətləri gizlədən bir iblisdir. Onun eşqi Fərmanı deyil, bir milləti yandırır və bu eşq Zəngəzurun boşaldılmış kəndlərində, uçuq divarlarında, yanmış ocaqlarında əks-səda verir. Anahitin “eşqi” bir xalqın sinəsinə çəkilmiş yara izidir. Gözəl başlayıb iblisin ədavəti ilə bitən bu hekayə yalnız bir fərdin taleyi deyil, bütöv bir elin düşdüyü tələni göstərir.
Filologiya elmləri doktoru Vaqif Yusifli kitaba “Zəngəzur həsrəti ilə” adlı “Ön söz” yazıb.
Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.
Təqdimat mərasimində bildirilib ki, yazıçı Mustafa Çəmənlinin redaktorluğu ilə işıq üzü görən əsərdə Rusiya imperiyasının Cənubi Qafqazı işğal etdikdən sonra İrandan və Osmanlı Türkiyəsindən köçürülüb. Azərbaycanın əzəli tarixi torpaqlarında - Zəngəzurda, İrəvanda, Qarabağda məskunlaşdırdığı erməni millətçilərinin yerli əhaliyə qarşı törətdikləri dəhşətli cınayətlərdən bəhs olunur.