Təhsil 365 - Logo Mobile

“Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub

10507.12.2025 - 12:08
 “Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub

Qubada “Tarixin izi ilə: yaddaşımız gələcəyimizdir” IV gənclər düşərgəsi davam edir.

“Tehsil365”xəbər verir ki,düşərgə çərçivəsində Bakı Dövlət Universitetinin Hüquq şöbəsinin hüquqşünası İsmət Bayramov tərəfindən “Qərbi Azərbaycanın tarixi, mədəni irsi və qayıdış hüquqları” mövzusunda qrup işləri təşkil olunub.

Düşərgənin davamında Quba “ASAN Xidmət” Mərkəzində Qərbi Azərbaycanlıların doğma torpaqlarına qayıdışı mövzusuna həsr olunmuş “Nəsil ağacı” adlı sənədli filmin nümayiş olunub.

Film bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.

Ardınca 5 Dekabr - Beynəlxalq Könüllülər Günü qeyd olunub.

Qeyd edək ki, düşərgə Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Qərbi Azərbaycan İcması, “Regional İnkişaf” İctimai Birliyi, “ASAN Könüllüləri” Təşkilatı və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Nərmin Süleymanlı

Xəbər Lenti

Hal-hazırda lentdə bir xəbər yoxdur...