2025-in payız semestrində ABŞ universitetlərinə yeni qəbul olmuş beynəlxalq tələbələrin sayı təxminən 17 % azalıb.
“Təhsil 365” bildirir ki, bu barədə xarici media məlumat verib.
Bu azalma, vizaların verilməsindəki çətinliklər və ABŞ-də təhsil siyasətindəki dəyişikliklərlə bağlıdır.
Bir sıra universitetlər üçün bu, maliyyə və resurs baxımından ciddi zərbə ola bilər — çünki beynəlxalq tələbələr cəmiyyətdə və universitet büdcəsində mühüm rol oynayır.

