Təhsil 365 - Logo Mobile

16-cı Bakı Beynəlxalq Film Festivalı başladı

8507.12.2025 - 13:20
16-cı Bakı Beynəlxalq Film Festivalı başladı

Dekabrın 5-də 16-cı Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.

Tehsil365” Musavat.com-a istinadən bildirir ki, Nizami Kino Mərkəzində keçirilən mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, diplomatik korpusun nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, tanınmı mədəniyyət və incəsənət xadimləri, kinematoqrafçılar iştirak edib.

Mərasimi giriş sözü ilə açan Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev festival barəsində ətraflı məlumat verib. O, bildirib ki, bu il festival çərçivəsində ümumilikdə 34 ölkəni əhatə edən 78 film Nizami Kino Mərkəzində beş gün ərzində nümayiş olunacaq:

"Bu il Beynəlxalq debüt tammetrajlı bədii film müsabiqəsində yarışan 10 filmi tanınmış kino tənqidçisi, ssenarist Nadir Bədəlov, filmləri nüfuzlu festivallarda mükafat qazanan iranlı kinorejissor, ssenarist Niki Kərimi, Avropa Kino Akademiyasının “Ən yaxşı prodüser” mükafatına layiq görülən Zeynəb Atakan, Varşava Beynəlxalq Film Festivalının baş proqramçısı, belaruslu kinomütəxəssis İqor Soukman qiymətləndirəcək.

Festivalın Yerli müsabiqəsində 16 qısametrajlı bədii, sənədli, ayrıca nominasiya üzrə isə 5 tələbə filmi yarışır. Ümumilikdə 21 ekran əsəri arasından ən yaxşıları müəyyənləşdirəcək münsiflər heyətində filmləri Serbiya, Rusiya, Polşada keçirilən festivallarda mükafatlar qazanan rejissor, prodüser Fariz Əhmədov, xaricdə Azərbaycan dilində çəkilmiş filmlərin təbliği ilə bağlı müxtəlif layihələr həyata keçirən iranlı rejissor, prodüser Rza Siami, dövri mətbuatda kino, televiziya, mədəniyyət sahəsinə aid publisistik və analitik yazılarla çıxış edən Kinotənqidçilər Gildiyasının üzvü Sevda Sultanova, Azərbaycan tənqidçiliyində rezonansa səbəb olan məqalələr müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova təmsil olunur.

Türkiyənin TRT telekanalının kino şöbəsinin müdiri, prodüser Faruk Güvən, sənədli filmləri beynəlxalq festivallarda mükafatlara layiq görülmüş rejissor Rüfət Əsədov, Yeni zelandiyalı tənqidçi və film proqramçısı Karmen Qrey isə Beynəlxalq qısametrajlı film müsabiqəsində yarışan filmlər arasından nominasiyalar üzrə qalibləri müəyyənləşdirəcəklər.

Asiya istedadları müsabiqəsinin jüri heyətində prodüseri olduğu filmlərlə Kann, Tampere, Kazan, Daşkənd, Düşənbədə mükafatlar qazanan Əli-Səttar Quliyev, “Şərq-Qərb. Klassika və avanqard” beynəlxalq kinofestivalının proqram direktoru Roman Dorofeyev, beynəlxalq festivallar qalibi kinorejissor, operator Daniel Quliyev yer alır".

Fehruz Şamıyev həmçinin bildirib ki, Bakı Beynəlxalq Film Festivalının əsas mükafatı “Qızıl Nar”dır:

"Bununla yanaşı, festival bəzi nominasiyalar üzrə qaliblərə xüsusi mükafat və diplomlar təqdim edir

Festivalda müsabiqədənkənar proqramlar da tamaşaçıların diqqətinə təqdim edilir. Belə proqramlardan olan “Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin Azərbaycan dilində çəkdikləri filmlər nümayiş olunur".

Mərasimdə qeyd olunub ki, Bakı Beynəlxalq Film Festivalının “British Council”la əməkdaşlığı nəticəsində hər il festival çərçivəsində BAFTA namizədlərinin xüsusi nümayişi keçirilir.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində reallaşır.

Bu il festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, “British Council”, “Şahdağfilm”, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Cinelab”, “DOST TV”, Yunis Əmrə İnstitutudur.

Açılış mərasimində mədəniyyət nazirinin müavini Səadət Yusifova, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri festival iştirakçılarına uğurlar arzulayıblar.

Qeyd edək ki, festivalın bağlanış-mükafatlandırma mərasimi dekabrın 9-da Nizami Kino Mərkəzində olacaq.


Amidə Zeynalova

Xəbər Lenti

MDU-da Davamlı İnkişafa həsr olunmuş Beynəlxalq Konfransın ikinci günü08.12.2025 - 19:45
Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb08.12.2025 - 19:45
''Müəllimlərin təxminən 58%-i əmək müqaviləsində öz məsuliyyət və hüquqlarını tam bilmir''08.12.2025 - 19:30
Elm və Təhsil Nazirliyinin tabeliyində üç elmi istehsalat birliyi ləğv edilib08.12.2025 - 19:15
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib08.12.2025 - 19:00
“Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib08.12.2025 - 18:00
Nazir müavini: "Süni intellektlə bağlı data mərkəzləri yaradılmalıdır"08.12.2025 - 17:44
“Uşaqlarda dərsə marağı artırmaq üçün ilk növbədə təhlükəsiz psixoloji mühit yaradılmalıdır"08.12.2025 - 17:30
Azərbaycanda süni intellekt həlli təqdim edilib08.12.2025 - 17:29
Azərbaycan əsərləri Vyanada beynəlxalq festivalda səslənib08.12.2025 - 17:15
“Arşın mal alan” Türkmənistan mətbuatında08.12.2025 - 17:14
Azərbaycanlı alim Ramazan Qafarlının monoqrafiyası nəşr olunub08.12.2025 - 17:00
Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib08.12.2025 - 16:59
Azərbaycanda süni intellektlə bağlı xüsusi standartlar hazırlanır08.12.2025 - 16:44
Nazir müavini: "Süni intellektin inkişafı üçün infrastruktur lazımdır"08.12.2025 - 16:29
“İmtahanın məqsədi şagirdin biliklərini praktikada yoxlamaqdır”08.12.2025 - 16:25
Deputat: "Süni intellekt sahəsində müasir qanunvericilik bazası olmalıdır"08.12.2025 - 16:14
Müəllimlərin maaşları və iş günü-Açıqlama08.12.2025 - 16:00
ADU-da BƏƏ qadınlarının cəmiyyətdəki rolu haqqında seminar keçirilib08.12.2025 - 15:59
ADU-nun müəllimləri Türkiyədə akademik mübadilə proqramında iştirak edib08.12.2025 - 15:44
ADU əməkdaşına dosent elmi adı verilib08.12.2025 - 15:29
“Hər kəs üçün bərabər dünya” mövzusunda maarifləndirici tədbir keçirilib08.12.2025 - 15:14
Kamal Abdullanın 75 illik yubileyinə həsr olunan "Sehrbazlar dərəsi" tamaşası nümayiş olunub08.12.2025 - 15:00
"WhatsApp"da böyük yeniləmə: milyonların işini asanlaşdıracaq funksiya08.12.2025 - 14:45
İsmət Səttarov: Teleradiolardakı reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını almışıq08.12.2025 - 14:30
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb08.12.2025 - 14:15
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib08.12.2025 - 14:00
BDU-da Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib 08.12.2025 - 13:10
ATMU tələbələrinin Lənkərana tədris-təcrübə səfəri baş tutub08.12.2025 - 12:55
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində özbək tələbələrlə görüşdü08.12.2025 - 12:40
Qarabağ Universiteti Serbiyada keçirilən beynəlxalq konfransda təmsil olunub08.12.2025 - 12:25
Mingəçevir Dövlət Universitetində III Beynəlxalq Konfrans çərçivəsində bölmə iclasları keçirilib08.12.2025 - 12:10
Bu ölkədə təhsilin təməli yenidən qurulur08.12.2025 - 11:55
Dil Elmləri İnstitutunun əməkdaşlarının seminarları keçirilib 08.12.2025 - 11:45
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı08.12.2025 - 11:35
“Həyat bəxş edən donorluq” mövzusunda tədbir keçirildi08.12.2025 - 11:25
LDU-da “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib08.12.2025 - 11:15
"8 minə yaxın müəllimin fəaliyyəti peşəsinə uyğun olmadığına görə xitam vermişik"08.12.2025 - 11:00
“Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində möhtəşəm konsert keçirilib 08.12.2025 - 10:40
Yeni təyinatlar olunub08.12.2025 - 10:20
Qəbulla bağlı qabiliyyət imtahanında dəyişiklik edilib 08.12.2025 - 10:10
NDU-da ali təhsildə beynəlxalq akkreditasiyanın təsir mexanizmləri üzrə təlim keçirilib08.12.2025 - 10:00
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib08.12.2025 - 09:45
Yubiley tədbirinin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edib08.12.2025 - 09:30
İngilis dili və ədəbiyyatı departamenti seminarlar keçirib08.12.2025 - 09:20
21-ci əsr bacarıqları dərslərdə necə inkişaf etdirilə bilər?08.12.2025 - 09:10
8 dekabr — Beynəlxalq Rəssamlar Günü qeyd olunur08.12.2025 - 08:59
Azərbaycanın İslam Konfransı Təşkilatına üzvlüyünün ildönümü qeyd olunur08.12.2025 - 08:46