04 dekabr 2025-ci il tarixində Astara şəhər Ş.Qasımov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı və maarifləndirici bir tədbir baş tutub.
"Tehsil365" xəbər verir ki, Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Firəngiz Hacıyeva tərəfindən Süleyman Rüstəmin "Təbrizim" əsərinə həsr olunmuş açıq dərs keçirilib.
Dərs zamanı müəllim şagirdlərlə birgə əsərin məzmunu üzərində geniş iş aparıb, mövzuya uyğun müzakirələr təşkil olunub. Əsərin ideya məzmunu, vətənpərvərlik motivləri, müəllifin Təbrizə olan sevgi və bağlılığı şagirdlərə dərindən izah olunub. Dərs interaktiv metodlarla, şagirdlərin fəal iştirakı ilə yadda qalıb.
Tədbir həm müəllim həmkarları, həm də məktəb rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. Açıq dərs Firəngiz Hacıyevanın pedaqoji peşəkarlığını və ədəbiyyata olan sevgisini bir daha nümayiş etdirib.

