05 dekabr 2025-ci il tarixində Astara şəhəri Mirzə Ələkbər Sabir adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində ibtidai sinif müəllimi Şəfa Hüseynovanın Azərbaycan dili fənnindən "Qaraca qız" mövzusuna həsr olunmuş ustad dərsi təşkil olunub.
“Tehsil365” xəbər verir ki, Dərsdə şagirdlər S. S. Axundovun "Qorxulu nağıllar" silsiləsindən olan "Qaraca qız" əsərinin mətnini oxuyaraq əsərin məzmununu dərindən təhlil etmiş, əsas qəhrəmanların xarakter xüsusiyyətlərini müəyyənləşdirmiş və hadisələrə şəxsi münasibətlərini bildiriblər.
Dərs boyu sual-cavab, müzakirə, Venn diaqramı, cütlərlə iş, motivasiyaedici videoçarx və digər interaktiv metodlardan istifadə olunub. Bu yanaşma şagirdlərin fəallığını artırıb və dərs prosesini daha dinamik edib.
Məktəb rəhbərliyi tərəfindən dinlənilən dərs qənaətbəxş qiymətləndirilib və müəllimin peşəkar yanaşması yüksək dəyərləndirilib.

