ABŞ-ın sabiq prezidenti Donald Tramp “GENESIS MISSION” adlı yeni milli təşəbbüsə start verdiyini açıqlayıb.
"Tehsil365" xəbər verir ki, Bu təşəbbüs süni intellektin imkanlarından istifadə etməklə elmi nailiyyətləri sürətləndirmək və ölkəni “İnnovasiyanın Qızıl Dövrü”nə çıxarmağı hədəfləyir.
Layihə, ABŞ-ın texnoloji liderliyini möhkəmləndirməyə, elm və innovasiya sahəsində qlobal rəqabətdə üstünlük əldə etməyə yönəlib. Tramp bildirib ki, “GENESIS MISSION” çərçivəsində hökumət, özəl sektor və elmi-tədqiqat institutları arasında əməkdaşlıq gücləndiriləcək, süni intellekt əsaslı texnologiyaların inkişafına xüsusi diqqət ayrılacaq.
Yeni təşəbbüs həmçinin təhsil, səhiyyə və müdafiə sahələrində texnoloji irəliləyişlərin tətbiqini də əhatə edəcək. Tramp bu proqramı Amerikanın gələcəyi üçün strateji addım kimi qiymətləndirib.

