ABŞ-ın Avropa Komandanlığının (EUCOM) Tərəfdaşlıq, Təhlükəsizlik, Əməkdaşlıq və Kütləvi Qırğın Silahlarının Qarşısının Alınması üzrə direktor müavini, briqada generalı Kris Makkininin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Şəhidlər xiyabanını ziyarət edib.
"Tehsil365" xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə keçirilən ziyarət zamanı nümayəndə heyəti Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsini dərin ehtiramla yad edib, şəhidlərin məzarları önünə əklillər və gül dəstələri qoyulub.
Ziyarət zamanı Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçənlərin əziz xatirəsinin daim uca tutulduğu və onların fədakarlıqlarının heç zaman unudulmayacağı vurğulanıb.

