Ölkədə yeni peşə məktəblərinin açılması gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına şərait yaradacaq.
"Tehsil365" xəbər verir ki, Bu məktəblərdə müasir texnologiyalarla təchiz olunmuş tədris bazası və praktik təlim imkanları gənclərə konkret peşə vərdişləri qazandırmağa xidmət edəcək.
Təhsil sahəsində aparılan islahatlar çərçivəsində həyata keçirilən bu addım, gənclərin yalnız nəzəri deyil, həm də praktik biliklərə yiyələnməsini təmin edəcək. Müxtəlif sahələr üzrə ixtisaslaşan peşə məktəbləri regionlarda işsizlik səviyyəsinin azalmasına, gənclərin öz ixtisaslarına uyğun iş tapmasına və iqtisadi inkişafın dayanıqlığına dəstək olacaq.
Yeni peşə təhsili müəssisələri əmək bazarının real tələblərinə uyğun kadr hazırlığını hədəfləyir.

