Son illər ölkədə gənclərin təhsil seçimlərinə dair düşüncə tərzində dəyişiklik yaratmaq məqsədilə "Yalnız Ali Təhsil" stereotipinin sındırılmasına yönəlik maarifləndirici layihələr həyata keçirilir.
"Tehsil365" xəbər verir ki, Bu təşəbbüslərin məqsədi cəmiyyətdə formalaşmış, yalnız ali təhsilin uğurun əsas yolu olduğu düşüncəsini dəyişməkdir.
Layihə çərçivəsində məktəblilər və valideynlər arasında peşə və texniki təhsilin əhəmiyyəti, əmək bazarına çıxış imkanları, sürətli karyera yüksəlişi və tətbiqi bacarıqların rolu barədə məlumatlandırma tədbirləri keçirilir.
Təcrübələr göstərir ki, peşə təhsili alan gənclər qısa müddətdə əmək bazarına daxil ola, sahibkarlıq bacarıqları qazana və ölkənin iqtisadi inkişafına töhfə verə bilirlər. Layihənin əsas mesajı isə budur: Uğura gedən yol tək deyil və hər bir bacarıqlı gənc öz yolunu seçə bilər.

