Elm və Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda 53 nömrəli məktəbə səfər edib.
"Tehsil365" xəbər verir ki, Səfər zamanı ümumi təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, xüsusilə məktəbdə STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) Mərkəzinin yaradılması planları diqqət mərkəzində olub.
Nazir Əmrullayev tərəflər arasında təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi və yeni innovativ layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

