Elm və Təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana rəsmi səfər həyata keçirib.
"Tehsil365" xəbər verir ki, Səfər çərçivəsində Tbilisidə yerləşən Heydər Əliyev Parkında ümummilli liderin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzüb və ulu öndərin xatirəsi ehtiramla yad edilib.
Həmçinin, səfər zamanı Azərbaycan və Gürcüstan arasında təhsil, elm və gənclər sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüş keçirilmişdir.

