Təhsil 365 - Logo Mobile

Gənclər Dialoqunun ikinci günündə D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub

9207.12.2025 - 17:24
Gənclər Dialoqunun ikinci günündə D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub

Dekabrın 7-də Bakıda keçirilən D-8 Gənclər Dialoqunun ikinci günü uğurla başa çatıb.

Tehsil365“ “AZƏRTAC”a istinadla xəbər verir ki, gün ərzində gənclər siyasəti, şəhər inkişafı və dayanıqlı şəhər mühitinin formalaşmasında gənclərin roluna dair bir sıra panel müzakirələri təşkil olunub.

Proqramın ilk paneli “Şəhərlərdə mobillik: Daha inklüziv və gəncləryönümlü mobillik sistemləri üçün siyasətlər, innovasiyalar və həllər” mövzusuna həsr edilib. Müzakirələrdə şəhər nəqliyyatının əlçatanlığı, gənclərin ehtiyaclarına uyğunlaşdırılmış mobil yanaşmalar, rəqəmsal nəqliyyat həlləri və dayanıqlı şəhər mühitinin qurulması məsələləri diqqət mərkəzində olub.

Ardınca “Yaşıl urban inkişaf üçün bacarıqlar: Dayanıqlı və aşağı karbonlu şəhərlər naminə gənclər” paneli keçirilib. Ekspertlər və iştirakçılar gənclərin yaşıl bacarıqlarının inkişaf etdirilməsi, ekoloji davamlı şəhər modellərinin yaradılma imkanları və aşağı karbonlu gələcəyə keçidi sürətləndirən təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Sessiyalar boyunca üzv ölkələrin nümayəndələri urbanizasiya, ekoloji siyasət, innovasiya və gənclərin fəal iştirakının gücləndirilməsi sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Tədbirin rəsmi bağlanış mərasimində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, misirli gənc Karen Hani çıxış ediblər. Tədbirin sonunda D-8 ölkələrinin nümayəndələri tərəfindən D-8 Bakı Gənclər Bəyanatı qəbul olunub. Bəyanat gənclərin qərarvermə proseslərində rolunun artırılması, dayanıqlı urban inkişaf, yaşıl bacarıqların gücləndirilməsi və regional əməkdaşlığın genişləndirilməsi istiqamətində ortaq öhdəlikləri əks etdirir.

Qeyd edək ki, iki gün davam edən D-8 Gənclər Dialoqu region ölkələri arasında gənclər siyasətinə və dayanıqlı urban inkişaf üzrə tərəfdaşlığın möhkəmlənməsinə, eləcə də yeni ortaq təşəbbüslərin formalaşmasına mühüm töhfə vermək məqsədi daşıyıb.

Alsu İsmayılova

Xəbər Lenti

Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir08.12.2025 - 07:26
“Solo gənclik” layihəsi çərçivəsində gənc vokal ifaçısı Altun Süleymanov konsert proqramı ilə çıxış edib08.12.2025 - 06:46
Dünyanın tamamilə səslə idarə olunan ilk smartfonu TƏQDİM EDİLDİ08.12.2025 - 06:09
Maqnit qasırğası gözlənilir08.12.2025 - 05:58
Kəlbəcər, Laçın, Qubadlı və Şahdağa qar yağır - FAKTİKİ HAVA08.12.2025 - 05:40
Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb08.12.2025 - 05:34
Nizami Kino Mərkəzində bir sıra türkdilli ölkələrin animasiya filmləri nümayiş olunub08.12.2025 - 05:25
Türkiyə Kino Günlərinin açılışı: “Hər şeyin səbəbkarı Merkuri”08.12.2025 - 05:16
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - GÜNÜN HAVASI08.12.2025 - 05:08
Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub07.12.2025 - 19:54
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb07.12.2025 - 19:45
Nobel mükafatına layiq görülən Daron Acemoğlu və onun elmi töhfəsi07.12.2025 - 19:30
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər07.12.2025 - 19:15
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub07.12.2025 - 19:00
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 07.12.2025 - 18:59
Üç yaşlı uşaq dünya rekorduna imza atdı07.12.2025 - 18:51
“Simpsonlar”ın premyerası nümayişi təxirə salındı07.12.2025 - 18:42
Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək07.12.2025 - 18:27
Neftçalada “I Balıq” Festivalı keçirilib07.12.2025 - 18:17
BDU-nun dosenti Qismət Davudov vəfat etdi07.12.2025 - 18:00
Xaricdə təhsil imkanı imkansız tələbələr arasında yarıya enib07.12.2025 - 17:59
Bu turşunu yeyənlərin diqqətinə!07.12.2025 - 17:50
Azərbaycan-Özbəkistan birgə istehsalı “Yer və Ay” filminin premyerası olub07.12.2025 - 17:41
Süni intellekt qaz qıtlığına səbəb olacaq - Qətər07.12.2025 - 17:36
"Silikon Səhrasında" məktəb tələbələri yarımkeçirici Bumuna qoşulmağa hazırlanır07.12.2025 - 17:28
Nə çuğundur, nə brokoli, nə də ispanaq: Dünyanın ən sağlam tərəvəzi açıqlandı07.12.2025 - 17:25
Dünyada İLK - Aşpaz süni intellektlə yeməklər hazırlayır07.12.2025 - 17:18
Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər edib07.12.2025 - 17:15
Emin Əmrullayevin rəhbərliyi ilə nümayəndə heyəti Gürcüstanda təhsil sahəsində əməkdaşlığı müzakirə edib07.12.2025 - 17:02
Minlərlə şagird peşə bacarıqları qazanır: "Peşə Təmayüllü Siniflər" layihəsi uğurla davam edir07.12.2025 - 16:57
Sosial təzyiqin azaldılması: Peşə təhsilinə marağın artması Ali təhsilə süni tələbi azaldacaq07.12.2025 - 16:44
"Yalnız Ali təhsil" stereotipi sındırılır: Peşə təhsili alternativ yol kimi təbliğ olunur07.12.2025 - 16:31
Yeni peşə məktəblərinin açılması gənclərin bacarıqlarının inkişafına təkan verəcək07.12.2025 - 16:18
“Küldə şərqi deyənlər” sənədli filmi təqdim olundu07.12.2025 - 16:05
Pedaqogikaya təsir edən "Şəxsi olmayan və Ümumi" sinif əlamətləri07.12.2025 - 15:41
Donald Tramp “GENESIS MISSION” təşəbbüsünü elan etdi07.12.2025 - 15:39
Astara şəhərində "Qaraca qız" mövzusunda ustad dərs keçirilib07.12.2025 - 15:26
Astara şəhərində "Təbrizim" əsəri ilə bağlı açıq dərs keçirildi07.12.2025 - 15:23
STEP Azerbaijan-dan Abşeron qadın və uşaq sığınacağına dəstək ziyarəti keçirilib07.12.2025 - 15:00
Akademik keyfiyyət və məzun hazırlığına dair narahatlıqlar07.12.2025 - 14:29
Xəzərin nadir balığı azalır - Vacib addımlar atılacaq07.12.2025 - 14:00
Mühacirlərin qələmindən Məhsəti – “Xəyyama çox bənzəməkdədir”07.12.2025 - 13:50
Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ07.12.2025 - 13:36
"Böyük Teatr" ın solistinin konserti olacaq07.12.2025 - 13:35
16-cı Bakı Beynəlxalq Film Festivalı başladı07.12.2025 - 13:20
Xaçmazda ibtidai sinif müəllimi qəfil həyatını itirdi07.12.2025 - 13:10
"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfransın ikinci günü Naxçıvanda təşkil edilib07.12.2025 - 12:34