Təhsil 365 - Logo Mobile

Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir

10508.12.2025 - 07:26
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir

Heydər Əliyev Fondunun tərəfdaşlığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Bakıda “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimi keçirilir.

“Tehsil365”xəbər verir ki, İƏT tərəfindən 2019-cu ildən müxtəlif üzv ölkələrdə təşkil olunan festival mədəniyyət və yaradıcı sənaye sahələrində əməkdaşlığın dərinləşdirilməsi, xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin inkişaf etdirilməsi məqsədi daşıyır.

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi tədbir ölkəmizin beynəlxalq mədəniyyət platformasında artan rolunu və regionda multikulturalizm, dialoq və əməkdaşlıq ənənələrinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirir.

Festivalda mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi, İslam dəyərlərinin - tolerantlıq, sülh və müxtəlifliyə hörmətin təbliği əsas istiqamətlərdən olacaq. Bununla yanaşı, iqtisadiyyat, təhsil, elm və turizm sahələrində birgə layihələrin təşviqi, üzv dövlətlər arasında dayanıqlı tərəfdaşlıqların qurulması və yaradıcı sənayelərin qlobal iqtisadiyyata inteqrasiyasının gücləndirilməsi nəzərdə tutulur.

Tədbirdə 50 ölkədən 300-dən artıq rəsmi nümayəndə, elm, mədəniyyət, həmçinin yaradıcı sənaye ekspertləri iştirak edir. Bu isə öz növbəsində İƏT ailəsinin birliyini və ortaq dəyərlər ətrafında həmrəyliyini nümayiş etdirir. Festival çərçivəsində təxminən 5 min ziyarətçinin iştirakı gözlənilir.

Festival çərçivəsində İƏT üzv dövlətləri mədəniyyət nazirlərinin yüksək səviyyəli görüşü, “Mədəni və yaradıcı sənayelər forumu” (MYFORUM), “Creative Village”: mədəni və yaradıcı sənayelər sərgisi” (MYEXPO), “Baku Cinema Breeze – 2025” beynəlxalq kino proqramı, “Şərq moda nümayişi” – İƏT ölkələrinin gənc və tanınmış dizaynerlərinin təqdimatları, oyun texnologiyaları üzrə beynəlxalq sammit (G-HUB), eləcə də teatr, musiqi, rəqs və animasiya sahələri ilə bağlı müxtəlif səpkili mədəni layihələr planlaşdırılır.

Qeyd edək ki, festival dekabrın 5-dən 11-dək davam edəcək.



Nərmin Süleymanlı

Xəbər Lenti

"WhatsApp"da böyük yeniləmə: milyonların işini asanlaşdıracaq funksiya08.12.2025 - 14:45
İsmət Səttarov: Teleradiolardakı reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını almışıq08.12.2025 - 14:30
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb08.12.2025 - 14:15
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib08.12.2025 - 14:00
BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı08.12.2025 - 13:10
ATMU tələbələrinin Lənkərana tədris-təcrübə səfəri baş tutub08.12.2025 - 12:55
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində özbək tələbələrlə görüşdü08.12.2025 - 12:40
Qarabağ Universiteti Serbiyada keçirilən beynəlxalq konfransda təmsil olunub08.12.2025 - 12:25
Mingəçevir Dövlət Universitetində III Beynəlxalq Konfrans çərçivəsində bölmə iclasları keçirilib08.12.2025 - 12:10
Bu ölkədə təhsilin təməli yenidən qurulur08.12.2025 - 11:55
Dil Elmləri İnstitutunun əməkdaşlarının seminarları keçirilib 08.12.2025 - 11:45
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı08.12.2025 - 11:35
“Həyat bəxş edən donorluq” mövzusunda tədbir keçirildi08.12.2025 - 11:25
LDU-da “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib08.12.2025 - 11:15
"8 minə yaxın müəllimin fəaliyyəti peşəsinə uyğun olmadığına görə xitam vermişik"08.12.2025 - 11:00
“Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində möhtəşəm konsert keçirilib 08.12.2025 - 10:40
Yeni təyinatlar olunub08.12.2025 - 10:20
Qəbulla bağlı qabiliyyət imtahanında dəyişiklik edilib 08.12.2025 - 10:10
NDU-da ali təhsildə beynəlxalq akkreditasiyanın təsir mexanizmləri üzrə təlim keçirilib08.12.2025 - 10:00
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib08.12.2025 - 09:45
Yubiley tədbirinin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edib08.12.2025 - 09:30
İngilis dili və ədəbiyyatı departamenti seminarlar keçirib08.12.2025 - 09:20
21-ci əsr bacarıqları dərslərdə necə inkişaf etdirilə bilər?08.12.2025 - 09:10
8 dekabr — Beynəlxalq Rəssamlar Günü qeyd olunur08.12.2025 - 08:59
Azərbaycanın İslam Konfransı Təşkilatına üzvlüyünün ildönümü qeyd olunur08.12.2025 - 08:46
8 dekabr — Tarixçi alim Fəridə Məmmədovanın vəfat günüdür08.12.2025 - 08:33
8 dekabr 2020 — YAŞAT Fondu təsis edilib08.12.2025 - 08:20
8 dekabr 2006 – Şahdağ Milli Parkı yaradılıb08.12.2025 - 08:07
Adil Kərimli: Mədəni və yaradıcılıq sənayelərinin inkişafı milli mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib08.12.2025 - 08:00
Məktəblər arasında respublika çempionatı davam edir08.12.2025 - 07:56
“Solo gənclik” layihəsi çərçivəsində gənc vokal ifaçısı Altun Süleymanov konsert proqramı ilə çıxış edib08.12.2025 - 06:46
Dünyanın tamamilə səslə idarə olunan ilk smartfonu TƏQDİM EDİLDİ08.12.2025 - 06:09
Maqnit qasırğası gözlənilir08.12.2025 - 05:58
Kəlbəcər, Laçın, Qubadlı və Şahdağa qar yağır - FAKTİKİ HAVA08.12.2025 - 05:40
Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb08.12.2025 - 05:34
Nizami Kino Mərkəzində bir sıra türkdilli ölkələrin animasiya filmləri nümayiş olunub08.12.2025 - 05:25
Türkiyə Kino Günlərinin açılışı: “Hər şeyin səbəbkarı Merkuri”08.12.2025 - 05:16
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - GÜNÜN HAVASI08.12.2025 - 05:08
Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub07.12.2025 - 19:54
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb07.12.2025 - 19:45
Nobel mükafatına layiq görülən Daron Acemoğlu və onun elmi töhfəsi07.12.2025 - 19:30
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər07.12.2025 - 19:15
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub07.12.2025 - 19:00
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 07.12.2025 - 18:59
Üç yaşlı uşaq dünya rekorduna imza atdı07.12.2025 - 18:51
“Simpsonlar”ın premyerası nümayişi təxirə salındı07.12.2025 - 18:42
Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək07.12.2025 - 18:27