2006-cı ilin 8 dekabr tarixində Azərbaycan təbiətinin mühafizəsi və biomüxtəlifliyin qorunması istiqamətində mühüm addım atılıb – Prezident sərəncamı ilə Şahdağ Milli Parkı yaradılıb.
“Tehsil365” xəbər verir ki, Parkın əsas məqsədi nadir flora və faunanın qorunması, ekosistemlərin sabitliyinin təmin olunması, həmçinin ekoturizmin inkişaf etdirilməsidir. Azərbaycanın şimal-şərqində, Böyük Qafqaz dağ silsiləsində yerləşən bu park ərazisində qar bəbiri, bezoar keçisi, dağ çulluğu kimi nadir növlər yaşayır.
Şahdağ Milli Parkı ölkənin ən böyük və ekoloji baxımdan ən əhəmiyyətli qorunan təbiət ərazilərindən biridir. O, həmçinin təhsil, tədqiqat və rekreasiya baxımından da xüsusi əhəmiyyət daşıyır.

