Azərbaycan Respublikasında Vətən müharibəsindən sonra şəhid ailələri və qazilərə dəstək məqsədilə 8 dekabr 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə YAŞAT Fondu təsis olunub.
“Tehsil365” xəbər verir ki, Fondun əsas məqsədi şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsini gücləndirmək, onların təhsil, müalicə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində cəmiyyətin həmrəyliyini təşkil etməkdir.
YAŞAT Fondu fəaliyyətə başladığı gündən minlərlə insanın həyatına dəstək olaraq, dövlət və vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayır. Fond həmçinin vətəndaşların ianələri və müxtəlif layihələrlə bu istiqamətdə geniş fəaliyyət göstərməkdə davam edir.

