Hər il 8 dekabrda dünyada Beynəlxalq Rəssamlar Günü qeyd olunur.
“Tehsil365” xəbər verir ki, Bu gün dünya mədəniyyətinin və incəsənətinin inkişafında mühüm rol oynayan rəssamların yaradıcılığına hörmət və ehtiram göstərmək məqsədi daşıyır.
Rəssamlar Günü müxtəlif ölkələrdə sərgilər, ustad dərsləri, yaradıcılıq tədbirləri və sənətkarların iştirakı ilə qeyd olunur. Bu gün həm də gənc istedadların dəstəklənməsi və cəmiyyətin incəsənətə marağının artırılması üçün bir fürsətdir.
Azərbaycan rəssamları da bu sahədə mühüm uğurlar qazanaraq ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil edir, milli dəyərləri və mədəniyyəti öz fırçaları ilə dünyaya tanıdırlar.

