2026/2027-ci tədris ilindən etibarən Təsviri sənət istiqamətinin 14-cü komissiyasına aid dizayn ixtisasına qəbul olmaq üçün keçirilən qabiliyyət imtahanlarının nəticəsi balla deyil, məqbulla qiymətləndiriləcək.
“Tehsil365” xəbər verir ki,qabiliyyət imtahanından məqbul almaq üçün abituriyentin (subbakalavrın) imtahan nəticəsi 10 ballıq şkala üzrə 6 bal və daha yuxarı olmalıdır. İxtisas üzrə müsabiqə abituriyentin V ixtisas qrupu üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi test balı əsasında aparılacaq.

