Təhsil 365 - Logo Mobile

“Həyat bəxş edən donorluq” mövzusunda tədbir keçirildi

10508.12.2025 - 11:25
 “Həyat bəxş edən donorluq” mövzusunda tədbir keçirildi

Azərbaycan Universitetində Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşəbbüsü ilə “Həyat bəxş edən donorluq” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, professor-müəllim, tələbə heyəti və mərkəzin nümayəndələri iştirak edib.

“Tehsil365” xəbər verir ki, tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov açaraq orqan donorluğunun cəmiyyət üçün mühüm mənəvi və sosial məsələ olduğunu qeyd edib və bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Mərkəzin sədr müavini Günay Abbasova çıxışında Azərbaycanda orqan transplantasiyasının tarixi, mərkəzin yaradılması, məqsədi, fəaliyyəti, ölkədə orqan donorluğunun mövcud vəziyyəti, qarşıya qoyulan hədəflər barədə məlumat verib, ölkədə aparılan transplantasiya əməliyyatları ilə bağlı statistikanı diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Cənubi Qafqaz regionunda orqan transplantasiyası üzrə lider ölkədir. Meyit donordan orqan götürülməsi ilk olaraq Azərbaycanda uğurla icra edilib. Bir səhiyyə sisteminin ən yüksək zirvəsi ürək transplantasiyasıdır və Azərbaycan artıq bu uğura imza atıb.

Günay Abbasova qeyd edib ki, Azərbaycanda orqan donorluğu və transplantasiya sahəsi qanunvericiliklə ciddi şəkildə tənzimlənir. Hazırda transplantasiya əməliyyatları qanunvericiliyə uyğun şəkildə və dövlət hesabına aparılır. Belə ki, transplantasiya əməliyyatları icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil edilib. Dövlət nəzarəti bu proseslərin düzgün və etibarlı şəkildə həyata keçirilməsini təmin edir.

Daha sonra Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva çıxış edərək orqan donorluğunun tibbi, hüquqi və mənəvi tərəfləri barədə məlumat verib. O, donorluqda tətbiq edilən “opt-in” və “opt-out” sistemlərini izah edib, dünyanın müxtəlif ölkələrindəki təcrübə ilə tədbir iştirakçılarını tanış edib.

Tədbirin interaktiv hissəsində müəllim və tələbələrin sualları cavablandırılıb. İnteraktiv sessiyada fəal iştirak edən tələbələrə və universitet əməkdaşlarına orqan donorluğuna dair simvolik hədiyyələr təqdim olunub.

Sonda maarifləndirmə təşəbbüsünə dəstək vermək istəyən bir qrup tələbə Səhiyyə Nazirliyi Kollegiyası tərəfindən təsdiq edilmiş ölümdən sonra donor olmaq haqqında razılıq ərizələrini imzalayıb.

Nərgiz Süleymanova

Xəbər Lenti

Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06
Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol12.03.2026 - 17:04
NDU-da Duz emalatxanası yaradılacaq12.03.2026 - 17:00
DİN rəsmisi: "2025-ci ildə Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"12.03.2026 - 16:55
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlama12.03.2026 - 16:50
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur12.03.2026 - 16:45
Tərbiyə məqsədilə uşağa qarşı zorakılıq edənlər cərimələnəcəklər12.03.2026 - 16:40
Altı ayda zərərli kontent yayan iki minə yaxın internet resursu aşkarlanıb12.03.2026 - 16:35
"BilBacar" müsabiqəsinin IV “Hazırlıq” mərhələsi başladı 12.03.2026 - 16:30
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaqlar12.03.2026 - 16:25
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 16:22
AzMİU-da “Dayanıqlı şəhərlərin su təhlükəsizliyi” mövzusunda konfrans keçirilib12.03.2026 - 16:20
“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi yekunlaşıb 12.03.2026 - 16:10
lham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 16:05
Biləsuvarda məktəblilər quşlar üçün evciklər hazırladılar12.03.2026 - 16:00
İranda Səfəvilər və Qacarlar dövrünə aid tarixi abidə aviazərbələr nəticəsində dağılıb 12.03.2026 - 16:00
“Tesla” Böyük Britaniyada evlərə elektrik enerjisi tədarük etməyə hazırlaşır12.03.2026 - 15:52
Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri üçün Mentorluq Proqramına başlanılıb12.03.2026 - 15:39
Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır12.03.2026 - 15:33
Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir12.03.2026 - 15:28
Ötən il internet bankçılıq xidməti ilə aparılan müştəri köçürmələrinin həcmi 12,4 faiz artıb12.03.2026 - 15:23
ADNSU tələbələri Qazaxıstanda keçirilən hakatonda qalib olublar12.03.2026 - 15:18
Süni intellektlə hazırlanmış materialların nişansız paylaşılmasına görə cərimə müəyyənləşir12.03.2026 - 15:15
“Könüllü Baharı 2” yekunlaşıb12.03.2026 - 15:12
Moldova mediası Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışına geniş yer ayırıb12.03.2026 - 15:06
Məzahir Məmmədli: “Azərbaycan təhsil sistemi dünya təhsilinə inteqrasiya edib”12.03.2026 - 15:00