Xəzər Universiteti İngilis dili və ədəbiyyatı departametinin təşkilatçılığı ilə 2025-ci il dekabrın 2-də Şanxay Beynəlxalq Araşdırmalar Universiteti Dil Elmləri İnstitutunun prezident köməkçisi Prof. Hu Kaibao və dosenti Muhammad Afzaal seminar keçirmişlər.
“Tehsil365” xəbər verir ki,tədbiri Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova açaraq, qonaqları təqdim etmişdir. Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof. Akad. Hamlet İaxanlı çıxışında linqvistik tədqiqatların sürətlə inkişaf edən dil texnologiyaları ilə əlaqələndirilməsinin artan əhəmiyyətini vurğulayıb.
İlk məruzəçi Prof. Hu Kaibao "Böyük dil modelləri kontekstində korpusa əsaslanan tərcümə araşdırmaları" mövzusunda çıxış etdi. O, böyük dil modellərinin müasir tərcümə araşdırmalarını necə yenidən formalaşdırdığını və korpusa əsaslanan metodların tərcümə nümunələrinin başa düşülməsində və süni intellektə əsaslanan tərcümə vasitələrinin təkmilləşdirilməsində genişlənən rolunu izah etdi.
Növbəti məruzəçi Dos. Muhammad Afzaal "İnsan və maşın korpuslarında mürəkkəblik üçün NLP əsaslı korpus yanaşmalarının tətbiqi" mövzusunda tədqiqatını təqdim etdi. Onun çıxışı təbii dilin emalı üsullarının linqvistik mürəkkəbliyin təhlilində necə istifadə oluna biləcəyinə yönəldi və insan tərəfindən yazılmış mətnlərlə maşın tərəfindən yaradılmış dil arasında müqayisələrdən bəhs olundu.
Seminarda həm tələbələr, həm də müəllimlər üçün yeni məlumatlar təqdim edildi.

