Təhsil 365 - Logo Mobile

Kamal Abdullanın 75 illik yubileyinə həsr olunan "Sehrbazlar dərəsi" tamaşası nümayiş olunub

10808.12.2025 - 15:00
Kamal Abdullanın 75 illik yubileyinə həsr olunan "Sehrbazlar dərəsi" tamaşası nümayiş olunub

Dekabrın 5-də Akademik Milli Dram Teatrında Xalq yazıçısı, akademik Kamal Abdullanın 75 illik yubileyinə həsr olunan "Sehrbazlar dərəsi" tamaşası nümayiş olunub. Tamaşanın nümayişindən əvvəl görkəmli yazıçının çoxşaxəli yaradıcılığına nəzər salınıb.

“Tehsil365” bildirir ki, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov Xalq yazıçısının həyat  və yaradıcılığından danışıb:  “Mənim sevincim qədər qürurum da çoxdur. Çünki biz Bakıdakı 190 nömrəli məktəbdə birgə oxumuşuq. Mən onun yaradıcılığı ilə həmişə maraqlanmışam, izləmişəm, oxumuşam. Kamal Abdullanın ilk pyeslərindən biri “Casus” məhz bu səhnədə nümayiş edildi. Kifayət qədər gözəl pyes idi. Həmin tamaşadan sonra da Kamal Abdulla yazdı, yaratdı, sevildi. Sonralar onun Akademik Milli Dram Teatrının kiçik səhnəsində “Bir, iki, bizimki” tamaşası nümayiş edilmişdi. Bu yaxınlarda Kamal Abdullaya həsr edilmiş tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri həmin pyesi oynadılar və mən bu pyesin fəlsəfəsini, düşüncəsini, mistikasını yenidən fikirləşdim. O mistikanın içində elə bir reallıq var idi ki, insanı düşünməyə vadar edirdi. Kamal Abdulla Azərbaycan ədəbiyyatının gələcəyi üçün də böyük işıqdır. Bütür teatr ictimaiyyəti adından Kamal Abdullanı ürəkdən təbrik edirəm”.

Daha sonra Mədəniyyət Nazirliyinin Kamal Abdullaya ünvanladığı təbrik məktubu səsləndirilib.

Dünya Azərbaycanlıları Alimlər Birliyinin sədri, professor Məsud Əfəndiyev qeyd edib ki, nə yaxşı xalqımızın Kamal Abdulla kimi dünyagörüşlü, sanballı, istedadlı, böyük oğlu var: “O, böyük yazıçı olmaqla yanaşı, həm də böyük alim, elm xadimidir. Bu yaxınlarında onun dünyanın ən nüfuzlu nəşriyyatlarından birində ingilis dilində görkəmli alim Rafiq Əliyevlə birgə yazdığı “Kitabi-Dədə Qorqud və qeyri-səlis məntiq” kitabı çap olunub. Buna görə də ona böyük təbrik düşür.  Kamal Abdulla elmə necə xidmət edirsə, elm də ona hörmət edir. O, elm vasitəsilə öz nəfsinə qalib gələn şəxsiyyətdir. Kamal Abdullanın fəlsəfəsini intuisiyasız anlamaq mümkün deyil”.

Professor, teatrşünas Məryəm Əlizadə bildirib ki, Kamal Abdulla təkcə dilçiliyin yox, ümumilikdə humanitar sahənin nəhəng simasıdır: “Nə gözəl ki, vaxtilə Azərbaycan ədəbiyyatına belə bir intellektual şəxsiyyət gəldi. Kamal Abdullanı oxuyanda görürəm ki, mən bu dili tam bilmirəm. O, Azərbaycan dilinin potensialını üzə çıxarır, dilin çox dərin qatlarına nüfuz edir. Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Azərbaycan ədəbiyyatında bir dönüş oldu. O, milli ədəbiyyatımıza postmodernizmi gətirdi. 1979-cu ildə Kamal müəllim Dədə Qorqdu dastanı ilə bağlı görkəmli türkoloqların qarşısında mövzunu müdafiət etdi və Bakıya gəldi. O həm də teatrın doğma simasına çevrildi. Kamal müəllimin “Unutmağa kimsə yox” pyesi mərhum rejissor Vaqif İbrahimoğlunun quruluşunda çox gözəl alındı və o bu minvalla həm də dramaturq kimi şöhrət qazandı”.

Xalq artisti Nurəddin Mehdixanlı Kamal Abdullanın müəllifi olduğu şeiri səsləndirib.

Çıxışların ardınca müğənnilər Zabitə Alıyeva və İlkin Dövlətovun ifasında sözləri Kamal Abdullaya, musiqisi  Aygün Səmədzadəyə məxsus olan “Gizlətmək çətin” mahnısı səsləndirilib.

Daha sonra Xalq yazıçısının yubileyi münasibətilə onun eyniadlı romanı əsasında səhnləşdirilən, Əməkdar incəsənət xadimi Bəhram Osmanovun quruluş verdiyi “Sehrbazlar dərəsi” tamaşası nümayiş edilib.

Aysel Paşayeva

Xəbər Lenti

"Tağıyev: Neft" bədii filmi ABŞ-də təqdim edilib10.12.2025 - 18:00
Attestasiyadan keçə bilməyən müəllimlərinin müsabiqə nəticələri açıqlandı10.12.2025 - 17:50
Tələbələr arxeologiya sahəsində son yeniliklərlə tanış olublar10.12.2025 - 17:35
AzMİU-da Elektron Kitabxananın yeni oxu zalı istifadəyə verildi10.12.2025 - 17:20
“Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib10.12.2025 - 17:15
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb10.12.2025 - 17:05
Azərbaycanda "Rəqəmsal həllər və xidmətlər platforması" yaradılacaq10.12.2025 - 17:00
Azərbaycanda "Yeni Nəsil Texnologiyalar Mərkəzi" yaradılacaq10.12.2025 - 16:45
ADU-nun müəllimi beynəlxalq sertifikatlara layiq görülüb10.12.2025 - 16:30
ADU müəllimi iqlim dəyişmələri və gender bərabərliyi mövzusunda təlim keçirib10.12.2025 - 16:15
Tələbələr Meksikanın Azərbaycandakı Səfirliyində keçirilən tədbirdə iştirak ediblər10.12.2025 - 16:00
Çin ilk dəfə olaraq rəsmi satınalma siyahısına süni intellekt çiplərini əlavə edib10.12.2025 - 15:45
Bakıda "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı forum keçirilib10.12.2025 - 15:30
"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub10.12.2025 - 15:15
“Köhnə metod yorur, interaktiv dərs sevdirir.”10.12.2025 - 15:03
Attestasiyadan kəsilən musiqi müəllimləri üçün müsabiqənin nəticələri elan olundu10.12.2025 - 15:00
Nazirlik rəsmisi: "Mədəniyyət sahəsində hüquqi çərçivədə və sistemdə problemlər var"10.12.2025 - 14:45
"WhatsApp"a çoxdan gözlənilən funksiya gəldi - Həmin mesajları oxumaq olacaq10.12.2025 - 14:30
Təbii balın möcüzəvi faydaları bunlardır10.12.2025 - 14:15
Çində 200 milyon illik dinozavr izləri aşkarlandı10.12.2025 - 14:00
Dünyanın ən yaxşı 100 mətbəxi acılandı10.12.2025 - 13:45
Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir10.12.2025 - 13:30
Alimlər məşqi asanlaşdırmaq üçün "beyni aldatmağın" yolunu tapdıla10.12.2025 - 13:15
Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi10.12.2025 - 13:00
İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ: "Atam həyətdə adam doğrayır"10.12.2025 - 12:46
Göz sağlamlığı üçün faydalı təbii qidalar10.12.2025 - 12:30
"Report"un əməkdaşı Ombudsmanın elan etdiyi yazı müsabiqəsində qalib olub10.12.2025 - 12:15
Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif edilib10.12.2025 - 12:00
Bu ölkədə gələn il tələbə təqaüdləri artırılır10.12.2025 - 11:50
Azərbaycan Milli Konservatoriyasında Ümummilli Liderin xatirəsi anılıb10.12.2025 - 11:45
STEAM mərkəzlərində vakansiyalar elan olunub10.12.2025 - 11:40
Panel sessiya: Mədəniyyət və Hüquq10.12.2025 - 11:35
BDU tələbəsi “Huawei İKT Müsabiqəsi”ə vəsiqə qazanıb10.12.2025 - 11:30
GDU-da “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsi keçirilib10.12.2025 - 11:20
BMU TGT-yə yeni sədr seçilib10.12.2025 - 11:10
BDU kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib10.12.2025 - 11:00
Süni intellekt təhsili əvəz etməyi bacaracaqmı?10.12.2025 - 10:50
Heydər Əliyev Mərkəzində elmi-praktik forumun açılışı olub10.12.2025 - 10:40
"Müasir çağırışlara cavab verəcək qanunvericilik bazası formalaşdırılmalıdır"10.12.2025 - 10:30
“Energy Talks” layihəsi çərçivəsində SDU-da seminar keçirilib10.12.2025 - 10:20
İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb10.12.2025 - 10:10
Neft və Sənaye Universiteti “AICC CASPIAN 2025”də təhsil tərəfdaşı kimi iştirak edib10.12.2025 - 10:00
"Poeziya Xəzrisi" adlı qiraət müsabiqəsi mükafatlandırılma mərasimi keçiriləcək10.12.2025 - 09:50
ADAU-da Tələbə Gənclər Təşkilatının nümayəndələri ilə görüş keçirilib 10.12.2025 - 09:40
Qazaxıstanın maarif nazirinin müavini ilə görüş keçirilib10.12.2025 - 09:30
UNEC-də Akademik inkişaf və innovativ tədris proqramının tətbiqinə start verilib10.12.2025 - 09:20
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək10.12.2025 - 09:10
Ali Məhkəmə kitab qadağası ilə bağlı iddianı rədd etdi10.12.2025 - 08:59