Təhsil 365 - Logo Mobile

Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib

10408.12.2025 - 16:59
Əməkdar artist Sahib Paşazadə Pakistanda fəxri medalla təltif edilib

Beynəlxalq Muğam Mərkəzinin direktoru , Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyət Festivalında fəxri medala layiq görülüb.

“Tehsil365” bildirir ki, bu barədə AZƏRTAC-a Beynəlxalq Muğam Mərkəzindən məlumat verilib.

Bildirilib ki, medal Əməkdar artistə “Art Council” təşkilatının prezidenti Məhəmməd Əhməd Şah tərəfindən təqdim edilib. O, bu mükafata layiq görülən ilk sənətkardır.

Qeyd edək ki, Sahib Paşazadə bu günə kimi çoxsaylı beynəlxalq layihələrdə Azərbaycan tarını uğurla təbliğ etdiyinə görə müxtəlif medal və fəxri titullara layiq görülüb. Bu sıralamada Niaqara Beynəlxalq Musiqi Festivalında "Tarın Paqaninisi" xüsusi titulu (2008), Polşa və Azərbaycan arasında mədəni əlaqələrə verdiyi töhfəyə görə medal (2018 və 2021), 2022-ci ildə Yakutiya prezidenti tərəfindən təqdim edilən Yakutiya Respublikasının yaranmasının 100 illiyi münasibətilə təsis edilən qızıl medal, Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dünyanın bir çox ölkələrində həyata keçirdiyi layihələrdə yaxından iştirakına görə TÜRKSOY-un baş katibi Sultan Raev tərəfindən “Nizami-880” medalı və TÜRSOY təşkilatının 30 illik medalı, Fransanın "Karyer-su-Puassi şəhər" medalı (2019) və nəhayət “Özbəkistanın mədəniyyət elçisi” fəxri adı və medalını misal çəkə bilərik.

Həmçinin qeyd edək ki, tarzən dünyanın müxtəlif ölkələrində tar aləti üzrə ustad dərsləri və mühazirələr keçərək milli musiqi alətimizin dünyada geniş təbliğinə nail olub. Bu fəaliyyət sayəsində də Özbəkistanın bir neçə ali təhsil müəssisəsinin fəxri professoru adına layiq görülüb.

Aysel Paşayeva

Xəbər Lenti

"Tağıyev: Neft" bədii filmi ABŞ-də təqdim edilib10.12.2025 - 18:00
Attestasiyadan keçə bilməyən müəllimlərinin müsabiqə nəticələri açıqlandı10.12.2025 - 17:50
Tələbələr arxeologiya sahəsində son yeniliklərlə tanış olublar10.12.2025 - 17:35
AzMİU-da Elektron Kitabxananın yeni oxu zalı istifadəyə verildi10.12.2025 - 17:20
“Günay” uşaq teatrı “Arşın mal alan” tamaşasını nümayiş etdirib10.12.2025 - 17:15
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb10.12.2025 - 17:05
Azərbaycanda "Rəqəmsal həllər və xidmətlər platforması" yaradılacaq10.12.2025 - 17:00
Azərbaycanda "Yeni Nəsil Texnologiyalar Mərkəzi" yaradılacaq10.12.2025 - 16:45
ADU-nun müəllimi beynəlxalq sertifikatlara layiq görülüb10.12.2025 - 16:30
ADU müəllimi iqlim dəyişmələri və gender bərabərliyi mövzusunda təlim keçirib10.12.2025 - 16:15
Tələbələr Meksikanın Azərbaycandakı Səfirliyində keçirilən tədbirdə iştirak ediblər10.12.2025 - 16:00
Çin ilk dəfə olaraq rəsmi satınalma siyahısına süni intellekt çiplərini əlavə edib10.12.2025 - 15:45
Bakıda "Mədəniyyət və Hüquq: Müasir Çağırışlar" adlı forum keçirilib10.12.2025 - 15:30
"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub10.12.2025 - 15:15
“Köhnə metod yorur, interaktiv dərs sevdirir.”10.12.2025 - 15:03
Attestasiyadan kəsilən musiqi müəllimləri üçün müsabiqənin nəticələri elan olundu10.12.2025 - 15:00
Nazirlik rəsmisi: "Mədəniyyət sahəsində hüquqi çərçivədə və sistemdə problemlər var"10.12.2025 - 14:45
"WhatsApp"a çoxdan gözlənilən funksiya gəldi - Həmin mesajları oxumaq olacaq10.12.2025 - 14:30
Təbii balın möcüzəvi faydaları bunlardır10.12.2025 - 14:15
Çində 200 milyon illik dinozavr izləri aşkarlandı10.12.2025 - 14:00
Dünyanın ən yaxşı 100 mətbəxi acılandı10.12.2025 - 13:45
Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir10.12.2025 - 13:30
Alimlər məşqi asanlaşdırmaq üçün "beyni aldatmağın" yolunu tapdıla10.12.2025 - 13:15
Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi10.12.2025 - 13:00
İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ: "Atam həyətdə adam doğrayır"10.12.2025 - 12:46
Göz sağlamlığı üçün faydalı təbii qidalar10.12.2025 - 12:30
"Report"un əməkdaşı Ombudsmanın elan etdiyi yazı müsabiqəsində qalib olub10.12.2025 - 12:15
Azərbaycanda Kulturoloji Akademiyanın yaradılması təklif edilib10.12.2025 - 12:00
Bu ölkədə gələn il tələbə təqaüdləri artırılır10.12.2025 - 11:50
Azərbaycan Milli Konservatoriyasında Ümummilli Liderin xatirəsi anılıb10.12.2025 - 11:45
STEAM mərkəzlərində vakansiyalar elan olunub10.12.2025 - 11:40
Panel sessiya: Mədəniyyət və Hüquq10.12.2025 - 11:35
BDU tələbəsi “Huawei İKT Müsabiqəsi”ə vəsiqə qazanıb10.12.2025 - 11:30
GDU-da “Yeni bir fikrim var 2” müsabiqəsinin final mərhələsi keçirilib10.12.2025 - 11:20
BMU TGT-yə yeni sədr seçilib10.12.2025 - 11:10
BDU kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib10.12.2025 - 11:00
Süni intellekt təhsili əvəz etməyi bacaracaqmı?10.12.2025 - 10:50
Heydər Əliyev Mərkəzində elmi-praktik forumun açılışı olub10.12.2025 - 10:40
"Müasir çağırışlara cavab verəcək qanunvericilik bazası formalaşdırılmalıdır"10.12.2025 - 10:30
“Energy Talks” layihəsi çərçivəsində SDU-da seminar keçirilib10.12.2025 - 10:20
İncəsənət Kollecində “Bir əsrdən artıq yol” adlı sərgi açılıb10.12.2025 - 10:10
Neft və Sənaye Universiteti “AICC CASPIAN 2025”də təhsil tərəfdaşı kimi iştirak edib10.12.2025 - 10:00
"Poeziya Xəzrisi" adlı qiraət müsabiqəsi mükafatlandırılma mərasimi keçiriləcək10.12.2025 - 09:50
ADAU-da Tələbə Gənclər Təşkilatının nümayəndələri ilə görüş keçirilib 10.12.2025 - 09:40
Qazaxıstanın maarif nazirinin müavini ilə görüş keçirilib10.12.2025 - 09:30
UNEC-də Akademik inkişaf və innovativ tədris proqramının tətbiqinə start verilib10.12.2025 - 09:20
Dövlət qulluğuna qəbul üzrə test imtahanı keçiriləcək10.12.2025 - 09:10
Ali Məhkəmə kitab qadağası ilə bağlı iddianı rədd etdi10.12.2025 - 08:59