Təhsil 365 - Logo Mobile

BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı

11608.12.2025 - 13:10
BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sənət və sənətkar” mövzusunda Respublika elmi konfransı keçirilir.

Tehsil365” xəbər verir ki,konfransın açılışında çıxış edən BDU rektoru Elçin Babayev “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb.

Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadə yalnız böyük şair və ictimai xadim kimi deyil, həm də uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr verib: “O, 1947-ci ildə BDU-nun Filologiya fakültəsinə qəbul olub və ali təhsilini burada başa vurub. Təhsil illərində də poeziya ilə məşğul olub. Sonralar öz elmi-pedaqoji fəaliyyətini Universitetlə bağlayıb, BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, daha sonra dosent, professor kimi çalışıb. Uzun illər ərzində Azərbaycan poeziyası, Ədəbiyyat tarixi, Poetika, Müasir ədəbiyyat fənlərini tədris edib. Bəxtiyar Vahabzadə elmi-pedaqoji fəaliyyətində tələbələrə sadəcə nəzəri bilik verməklə kifayətlənməyib, həm də onlara milli düşüncə, ana dili və ədəbiyyata sevgi aşılayıb. Çox sayda filoloq, müəllim, şair və tədqiqatçı məhz onun elmi-ədəbi mühitdə yaratdığı məktəbin davamçıları olub. İnanıram ki, konfransda milli ədəbiyyatımızın zənginliyi, ana dilimizin saflığının qorunması istiqamətində, ümumiyyətlə milli kimliyimiz, milli ideologiyamızın, azərbaycançılıq ideyasının müxtəlif aspektlərinə işıq tutan maraqlı məruzələr ediləcək”.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, şair Qəşəm Nəcəfzadə çıxışlarında Bəxtiyar Vahabzadənin XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixində özünəməxsus yeri olduğunu vurğulayıblar. Bildirilib ki, onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib.

Sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Verdiyev “Bəxtiyar Vahabzadə yaradıcılığının metaforik qatları: mətn, oxucu, araşdırıcı müstəvisində”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadə: zaman, şəxsiyyət və milli yaddaş” mövzularında məruzələr ediblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

Xədicə Abbasova

Xəbər Lenti

"WhatsApp"da böyük yeniləmə: milyonların işini asanlaşdıracaq funksiya08.12.2025 - 14:45
İsmət Səttarov: Teleradiolardakı reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını almışıq08.12.2025 - 14:30
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb08.12.2025 - 14:15
"Global Media Group"un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib08.12.2025 - 14:00
ATMU tələbələrinin Lənkərana tədris-təcrübə səfəri baş tutub08.12.2025 - 12:55
Özbəkistan səfiri Bakı Ali Neft Məktəbində özbək tələbələrlə görüşdü08.12.2025 - 12:40
Qarabağ Universiteti Serbiyada keçirilən beynəlxalq konfransda təmsil olunub08.12.2025 - 12:25
Mingəçevir Dövlət Universitetində III Beynəlxalq Konfrans çərçivəsində bölmə iclasları keçirilib08.12.2025 - 12:10
Bu ölkədə təhsilin təməli yenidən qurulur08.12.2025 - 11:55
Dil Elmləri İnstitutunun əməkdaşlarının seminarları keçirilib 08.12.2025 - 11:45
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlandı08.12.2025 - 11:35
“Həyat bəxş edən donorluq” mövzusunda tədbir keçirildi08.12.2025 - 11:25
LDU-da “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib08.12.2025 - 11:15
"8 minə yaxın müəllimin fəaliyyəti peşəsinə uyğun olmadığına görə xitam vermişik"08.12.2025 - 11:00
“Azərbaycan sənət və ədəbiyyat günləri” çərçivəsində möhtəşəm konsert keçirilib 08.12.2025 - 10:40
Yeni təyinatlar olunub08.12.2025 - 10:20
Qəbulla bağlı qabiliyyət imtahanında dəyişiklik edilib 08.12.2025 - 10:10
NDU-da ali təhsildə beynəlxalq akkreditasiyanın təsir mexanizmləri üzrə təlim keçirilib08.12.2025 - 10:00
Akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib08.12.2025 - 09:45
Yubiley tədbirinin iştirakçıları Ümummilli Liderin abidəsini ziyarət edib08.12.2025 - 09:30
İngilis dili və ədəbiyyatı departamenti seminarlar keçirib08.12.2025 - 09:20
21-ci əsr bacarıqları dərslərdə necə inkişaf etdirilə bilər?08.12.2025 - 09:10
8 dekabr — Beynəlxalq Rəssamlar Günü qeyd olunur08.12.2025 - 08:59
Azərbaycanın İslam Konfransı Təşkilatına üzvlüyünün ildönümü qeyd olunur08.12.2025 - 08:46
8 dekabr — Tarixçi alim Fəridə Məmmədovanın vəfat günüdür08.12.2025 - 08:33
8 dekabr 2020 — YAŞAT Fondu təsis edilib08.12.2025 - 08:20
8 dekabr 2006 – Şahdağ Milli Parkı yaradılıb08.12.2025 - 08:07
Adil Kərimli: Mədəni və yaradıcılıq sənayelərinin inkişafı milli mədəniyyət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib08.12.2025 - 08:00
Məktəblər arasında respublika çempionatı davam edir08.12.2025 - 07:56
Bakıda İƏT Mədəniyyət Festivalının açılış mərasimi keçirilir08.12.2025 - 07:26
“Solo gənclik” layihəsi çərçivəsində gənc vokal ifaçısı Altun Süleymanov konsert proqramı ilə çıxış edib08.12.2025 - 06:46
Dünyanın tamamilə səslə idarə olunan ilk smartfonu TƏQDİM EDİLDİ08.12.2025 - 06:09
Maqnit qasırğası gözlənilir08.12.2025 - 05:58
Kəlbəcər, Laçın, Qubadlı və Şahdağa qar yağır - FAKTİKİ HAVA08.12.2025 - 05:40
Fətəli xan Xoyskinin 150 illik yubileyinə həsr olunmuş sərgi açılıb08.12.2025 - 05:34
Nizami Kino Mərkəzində bir sıra türkdilli ölkələrin animasiya filmləri nümayiş olunub08.12.2025 - 05:25
Türkiyə Kino Günlərinin açılışı: “Hər şeyin səbəbkarı Merkuri”08.12.2025 - 05:16
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq - GÜNÜN HAVASI08.12.2025 - 05:08
Türkiyə hibrid mühərriki kosmosda işə salan ilk ölkə olub07.12.2025 - 19:54
Emin Əmrullayev Tbilisi Dövlət Universitetində əməkdaşlıqla bağlı müzakirələr aparıb07.12.2025 - 19:45
Nobel mükafatına layiq görülən Daron Acemoğlu və onun elmi töhfəsi07.12.2025 - 19:30
Alimlər 1-ci tip diabetin müalicəsində mühüm nailiyyətlər əldə ediblər07.12.2025 - 19:15
Akademik Yusif Məmmədəliyevin Ordubaddakı abidəsinin bərpadan sonra açılışı olub07.12.2025 - 19:00
Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 07.12.2025 - 18:59
Üç yaşlı uşaq dünya rekorduna imza atdı07.12.2025 - 18:51
“Simpsonlar”ın premyerası nümayişi təxirə salındı07.12.2025 - 18:42
Yeni milli park yaradılır - Bu əraziləri əhatə edəcək07.12.2025 - 18:27