9 dekabr 1918-ci ildə tanınmış yazıçı, ədəbiyyatşünas və ictimai xadim Cəlal Məmmədov anadan olub.
"Tehsil365" xəbər verir ki,O, Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamış, uzun illər “Azərbaycan” ədəbiyyat və sənət jurnalının baş redaktoru vəzifəsində çalışaraq milli söz sənətinə böyük töhfələr vermişdir.
Cəlal Məmmədov ədəbi fəaliyyətində bədii yaradıcılıqla yanaşı, ədəbi tənqid və publisistika sahəsində də məhsuldar iş aparmışdır. Onun yazıları Azərbaycan ədəbiyyatının zənginləşdirilməsinə və ədəbi mühitin formalaşmasına xidmət edib.
1983-cü ildə vəfat edən Cəlal Məmmədovun xatirəsi bu gün də Azərbaycan ədəbi ictimaiyyəti tərəfindən ehtiramla yad olunur.

