Bu gün Azərbaycanın Milli Qəhrəmanı Rizvan Rəhman oğlu Teymurovun şəhidlik zirvəsinə ucalmasının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, Rizvan Teymurov 16 aprel 1967-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin Aşağı Quşçular kəndində anadan olub. Qarabağ münaqişəsinin ilk illərindən etibarən o, vətənin müdafiəsinə qalxmış, qəhrəmanlığı və qorxmazlığı ilə seçilmişdir.
1991-ci il dekabrın 9-da Xankəndi yaxınlığında yerləşən Kərkicahan qəsəbəsinin müdafiəsi zamanı göstərdiyi igidlik onun həyatının sonuna, amma qəhrəmanlıq salnaməsinin başlanğıcına çevrildi. Həmin döyüşdə o, düşmən hücumunun qarşısını almaq üçün misilsiz cəsarət nümayiş etdirərək şəhid oldu.
Rizvan Teymurovun göstərdiyi şücaət dövlət tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldü.
Şəhid Rizvan Teymurovun xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır, o, Azərbaycan gəncliyi üçün rəşadət və vətənpərvərlik nümunəsidir. Allah rəhmət eləsin.

