Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar təhsil sahəsini də əhatə edib. Ölkə üzrə 3600-dən çox təhsil müəssisəsi yenidən inşa olunub və ya əsaslı şəkildə təmir edilib.
“Tehsil365”xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirinin müavini Kənan Kərimzadə bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransın açılışında səsləndirib
Nazir müavini əlavə edib ki, nəticə olaraq 1,6 milyon şagirdin daha müasir və komfortlu şəraitdə təhsil almasına imkan yaranıb:
"Son dövrdə 400-dən çox məktəbdə metodik xidmət gücləndirilib, 2 000-dən çox məktəbdə isə yenilənmiş metodik vəsaitlərin tətbiqinə başlanılıb".

