"Reddit" istifadəçiləri "Tesla Optimus" robotunun müstəqilliyini şübhə altına alıblar.
“Tehsil365”xəbər verir ki, sosial şəbəkədə robotun VR dəbilqəsi vasitəsilə operator tərəfindən idarə olunduğu barədə ehtimallar yayılıb.
İstifadəçilərin iddiasına görə, təqdimat zamanı insan operator dəbilqəni çıxarıb və bundan sonra "android" onun hərəkətini təkrarlayaraq yıxılıb. Güman edilir ki, operator özünü pis hiss edib və bu da idarəetmədə problem yaradıb.
Qeyd olunur ki, Maskın iki ay əvvəl "Optimus"un tamamilə süni intellekt tərəfindən idarə olunduğunu bildirməsindən sonra bu vəziyyət xüsusilə diqqətçəkici görünür.
Robotun dəyərinin təxminən 30 min dollar olduğu bildirilir.

