Azərbaycan nümayəndə heyəti Əbu-Dabidə keçirilən dünya media və məzmun sənayesinin ən böyük tədbiri olan “Bridge” sammitində iştirak edir.
“Tehsil365”xəbər verir ki,Dekabrın 10-dək davam edəcək sammitdə media, rəqəmsal məzmun, müəllif hüquqları, süni intellekt, generativ alətlər, qarışıq reallıq və marketinq kimi sahələr üzrə tədbir və sərgilər keçiriləcək.
Ümumilikdə 60 mindən çox iştirakçı və 400-dən çox beynəlxalq mütəxəssis, o cümlədən siyasətçilər və innovasiya liderləri çıxış edəcək. Sammitin məqsədi yaradıcılıq sektorunu inkişaf etdirmək, istedadları və yeni biznesləri dəstəkləmək, strateji sərmayələr üçün əməkdaşlıq imkanları yaratmaqdır.

