İngiltərədə "evdən məktəbə nəqliyyat" xidmətinə ayrılan xərclərin 2,3 milyard funt-sterlinqə yüksəlməsi narahatlıq doğurub.
“Tehsil365” xəbər verir ki, Millət vəkilləri bildiriblər ki, bu xərclərin artımına nəzarət etmək və ictimaiyyət arasında daha real gözlənti formalaşdırmaq üçün xidmətin adı dəyişdirilməlidir.
Hazırkı adın yanlış anlaşılmalara səbəb olduğu və bəzi valideynlərdə "qapıdan-qapıya taksi xidməti" gözləntisi yaratdığı vurğulanır. Yerli hakimiyyət orqanları qeyd edirlər ki, bəzi hallarda bu səviyyədə fərdi nəqliyyat xidmətinə ehtiyac olmaya bilər və alternativ, daha qənaətli yollar araşdırılmalıdır.
Təklif olunan dəyişikliklər həm də xidmətin daha səmərəli və məqsədəuyğun şəkildə təşkilini təşviq etməyi hədəfləyir. Yeni yanaşma ilə həm dövlət xərclərinə qənaət olunması, həm də şagirdlərin təhlükəsiz və praktik şəkildə məktəbə çatdırılması təmin edilməlidir.

