Süni intellekt müasir iqtisadiyyatların təməlinə çevrilməkdədir. İqtisadi diversifikasiya və innovativ inkişafı hədəfləyən Azərbaycan üçün süni intellekt və patentlərin tənzimlənməsi məsələsi ciddi əhəmiyyət daşıyır.
“Tehsil365” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə şöbəsinin müdiri Anar Nərimanov “Əqli mülkiyyət və süni intellekt” mövzusunda beynəlxalq konfransda söyləyib. Şöbə müdirinin sözlərinə görə, hüquqların qorunması ilə innovasiyaların azadlığı arasında balansı isə ölkənin rəqabət qabiliyyətliliyi müəyyən edəcək.

