Təhsil 365 - Logo Mobile

"Azərbaycanın tarixində Fətəli xan Xoyskinin rolu” adlı konfrans keçirilib

10709.12.2025 - 12:00
"Azərbaycanın tarixində Fətəli xan Xoyskinin rolu” adlı konfrans keçirilib

AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin anadan olmasının 150 illik yubileyinə həsr edilmiş “Azərbaycanın dövlətçilik tarixində Fətəli xan Xoyskinin yeri və rolu” mövzusunda respublika elmi konfransı keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə elmi işlər üzrə direktor müavini tarix elmlər doktoru, dosent İlqar Niftəliyev Azərbaycan dövlətçilik tarixində Fətəli xan Xoyskinin müstəsna xidmətlərindən, siyasi fəaliyyətinin milli dövlət quruculuğunda oynadığı roldan bəhs edib. İlqar Niftəliyev bildirib ki, Xoyski şəxsiyyəti, fəaliyyəti və ideyaları müasir dövrdə də aktual olaraq elmi tədqiqatların diqqət mərkəzindədir.

Konfransda professor Hacı Həsənov “Fətəli xan Xoyskinin nəsil şəcərəsi haqqında”, professor Qasım Hacıyev “Fətəli xan Xoyski Cənubi Qafqazın siyasi həyatında”, dosent Şamil Rəhmanzadə “Fətəli xan Xoyski Azərbaycan xalqının təzadlı tarixi şəxsiyyəti: Təlatümlərlə, ziddiyyətlərlə və tərəddüdlərlə dolu siyasi həyat”, dosent Mübariz Ağalarlı “Fətəli xan Xoyskinin siyasi görüşləri və dövlətçilik fəlsəfəsi”, dosent Natiq Məmmədzadə “Cümhuriyyətin iqtisadi siyasətinin təşəkkülündə Fətəli xan Xoyskinin rolu” mövzularında məruzə ilə çıxış ediblər. Həmçinin dosent Nailə Hüseynovanın “Fətəli xan Xoyski və Azərbaycanın müstəqilliyi”, dosent Pərvin Ahənçinin “Fətəli xan Xoyski və Cənubi Qafqazda müsəlman ilahiyyat irsinin mühafizəsi (XIX əsrin sonu – XX əsrin əvvəli)”, tarix üzrə fəlsəfə doktoru Fəxri Hacıyevin “Fətəli xan Xoyskinin siyasi-diplomatik fəaliyyəti: Gürcüstanla ikitərəfli münasibətlər və problemli məsələlər kontekstində” məruzələri dinlənilib. Məruzələrdə Fətəli xan Xoyskinin siyasi-diplomatik fəaliyyəti, dövlət quruculuğu sahəsində xidmətləri, Cümhuriyyət dövrünün ictimai-siyasi və iqtisadi proseslərində rolu geniş şəkildə təhlil olunub. Konfransda çıxış edən alimlər Fətəli xan Xoyskinin Azərbaycan dövlətçilik tarixində mühüm yer tutduğunu, onun irsinin bu gün də dəyərini qoruduğunu vurğulayıblar.

Nərgiz Süleymanova

Xəbər Lenti

Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06
Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol12.03.2026 - 17:04
NDU-da Duz emalatxanası yaradılacaq12.03.2026 - 17:00
DİN rəsmisi: "2025-ci ildə Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"12.03.2026 - 16:55
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlama12.03.2026 - 16:50
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur12.03.2026 - 16:45
Tərbiyə məqsədilə uşağa qarşı zorakılıq edənlər cərimələnəcəklər12.03.2026 - 16:40
Altı ayda zərərli kontent yayan iki minə yaxın internet resursu aşkarlanıb12.03.2026 - 16:35
"BilBacar" müsabiqəsinin IV “Hazırlıq” mərhələsi başladı 12.03.2026 - 16:30
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaqlar12.03.2026 - 16:25
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 16:22
AzMİU-da “Dayanıqlı şəhərlərin su təhlükəsizliyi” mövzusunda konfrans keçirilib12.03.2026 - 16:20
“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi yekunlaşıb 12.03.2026 - 16:10
lham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 16:05
Biləsuvarda məktəblilər quşlar üçün evciklər hazırladılar12.03.2026 - 16:00
İranda Səfəvilər və Qacarlar dövrünə aid tarixi abidə aviazərbələr nəticəsində dağılıb 12.03.2026 - 16:00
“Tesla” Böyük Britaniyada evlərə elektrik enerjisi tədarük etməyə hazırlaşır12.03.2026 - 15:52
Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri üçün Mentorluq Proqramına başlanılıb12.03.2026 - 15:39
Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır12.03.2026 - 15:33
Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir12.03.2026 - 15:28
Ötən il internet bankçılıq xidməti ilə aparılan müştəri köçürmələrinin həcmi 12,4 faiz artıb12.03.2026 - 15:23
ADNSU tələbələri Qazaxıstanda keçirilən hakatonda qalib olublar12.03.2026 - 15:18
Süni intellektlə hazırlanmış materialların nişansız paylaşılmasına görə cərimə müəyyənləşir12.03.2026 - 15:15
“Könüllü Baharı 2” yekunlaşıb12.03.2026 - 15:12
Moldova mediası Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışına geniş yer ayırıb12.03.2026 - 15:06
Məzahir Məmmədli: “Azərbaycan təhsil sistemi dünya təhsilinə inteqrasiya edib”12.03.2026 - 15:00