Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində (KİM) 2025-ci il noyabrın 24-də böyük Azərbaycan şairi və ictimai xadimi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə xüsusi sərgi təşkil olunmuşdur. Sərgidə şairin müxtəlif illərdə nəşr edilmiş kitabları, eləcə də onun yaradıcılığını araşdıran tədqiqat əsərləri nümayiş etdirilmişdir.
“Tehsil365” xəbər verir ki,sərgi iştirakçılara Bəxtiyar Vahabzadənin ədəbi irsinin zənginliyini daha yaxından tanımaq imkanı yaratmış, onun xalqımızın milli-mədəni kimliyinin formalaşmasında oynadığı rolu bir daha nəzərə çatdırmışdır.
Ekspozisiyada şairin klassik mövzularla yanaşı, vətən, dil, milli dəyərlər və insanlıq kimi ali məfhumlara həsr etdiyi nümunələr də xüsusi yer almışdır.
Təşkil edilən sərgi həm tələbələr, həm də müəllimlər üçün yaradıcılıq axtarışlarına ilham verən dəyərli bir mədəni hadisə, görkəmli söz ustadının 100 illik yubileyinə layiqli töhfə olmuşdur.

