Təhsil 365 - Logo Mobile

“Region ölkələrinin tolerantlıq təcrübələri və yanaşmaları” mövzusunda tələbə konfransı keçirilib

10409.12.2025 - 10:32
“Region ölkələrinin tolerantlıq təcrübələri və yanaşmaları” mövzusunda tələbə konfransı keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsi, ADU Tələbə Elmi Cəmiyyəti və Magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Region ölkələrinin tolerantlıq təcrübələri və yanaşmaları” mövzusunda genişmiqyaslı tələbə konfransı keçirilib.

“Tehsil365” xəbər verir ki,tədbir dünyanın müxtəlif regionlarında tolerantlıq siyasəti, dini və etnik münasibətlər, multikultural dəyərlər və sosial inteqrasiya məsələlərinin tələbə araşdırmaları əsasında müzakirəsinə həsr olunub. Konfrans iki paralel sessiyada – Qiraətxana və Multikulturalizm Mərkəzində – baş tutub. Hər iki sessiyada tələbələr Braziliyadan Kanadaya, Rusiyadan Balkanlara, Çin və Cənubi Avropadan Norveçə qədər geniş coğrafiyanı əhatə edən regionlarda dövlət və xalqların tolerantlıq ənənələri və multikultural məsələlərə yanaşmalarını təqdim ediblər.

Qiraətxanada keçirilən sessiyada Braziliyada Candomble dininə münasibət, Rusiya Federasiyasında tolerantlıq modeli, Balkan ölkələrində multikultural ənənələr, Amazon tayfalarının müasir vəziyyəti və Norveçdə pakistanlılara qarşı irqçilik mövzuları müzakirə olunub. Tələbələrin çıxışlarında dini müxtəliflik, etnik qrupların hüquqları və Avropada artan ksenofobiya meyilləri diqqət çəkib.

Multikulturalizm Mərkəzindəki sessiyada isə Böyük Britaniya, Kanada, Almaniya, Çin və Cənubi Avropa ölkələrində tolerantlıq siyasəti, multikultural model və miqrasiya prosesləri tələbələrin araşdırmaları əsasında təqdim edilib.

Tədbirin məqsədi regionlarda tolerantlıq siyasətinə dair nəzəri və təcrübi bilikləri gənclər arasında müzakirə etmək, tələbələrin araşdırma bacarıqlarını inkişaf etdirmək və tolerantlıq mövzusunda yanaşmaları müqayisəli şəkildə təqdim etmək idi. Sessiyalar zamanı tolerantlıq modelləri müqayisə olunub, regionlar üzrə oxşar və fərqli xüsusiyyətlər dəyərləndirilib.

Tədbirdə ADU-nun BMR fakültəsinin dekanı prof. İ. Kazımbəyli, TEC-in sədri prof. A. Məmmədli, Magistratura şöbəsinin müdiri dos. F. Rzayeva və fakültənin kafedra müdirləri və müəllimləri iştirak ediblər. Konfransın təşkilatçısı, Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının müdiri prof. S. Əliyeva bildirib ki, tədbirin təşəbbüskarı kafedranın baş müəllimi Sevinc Qurbanova və III kurs Amerikaşünaslıq ixtisası 369-A-B qrupları olmuşdur. Təşəbbüsçülər “Amerikada din” fənni çərçivəsində BMT-nin “Tolerantlıq Bəyannaməsi”nin müxtəlif ölkələrdə tətbiqini öyrənmək marağından çıxış ediblər.

Konfransda tələbələr tərəfindən Azərbaycan, rus və ingilis dillərində yazılmış, müəllimlər tərəfindən redaktə edilmiş və ADU TEC tərəfindən elektron şəkildə dərc olunacaq 22 məqalə təqdim edilib. Prof. İ. Kazımbəyli qeyd edib ki, bu konfrans yeni formatda keçirilib: moderatorlar, çıxış edənlər, şəkilləri çəkən və məlumatları hazırlayanlar əsasən tələbələr olub, müəllimlər isə dinləyici qismində iştirak ediblər.

Konfransın sonunda suallar cavablandırılıb, növbəti tədbirlərlə bağlı yeni təkliflər dinlənilib və hər bir iştirakçıya sertifikat təqdim edilib. Prof. A. Məmmədli və prof. İ. Kazımbəyli bildirib ki, bu tip tədbirlər tələbələrin peşəkar hazırlığına, analitik düşünmə qabiliyyətinin formalaşmasına və beynəlxalq proseslərə daha dərindən yanaşmasına mühüm töhfə verir.

Nərgiz Süleymanova

Xəbər Lenti

Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06
Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol12.03.2026 - 17:04
NDU-da Duz emalatxanası yaradılacaq12.03.2026 - 17:00
DİN rəsmisi: "2025-ci ildə Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"12.03.2026 - 16:55
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlama12.03.2026 - 16:50
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur12.03.2026 - 16:45
Tərbiyə məqsədilə uşağa qarşı zorakılıq edənlər cərimələnəcəklər12.03.2026 - 16:40
Altı ayda zərərli kontent yayan iki minə yaxın internet resursu aşkarlanıb12.03.2026 - 16:35
"BilBacar" müsabiqəsinin IV “Hazırlıq” mərhələsi başladı 12.03.2026 - 16:30
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaqlar12.03.2026 - 16:25
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 16:22
AzMİU-da “Dayanıqlı şəhərlərin su təhlükəsizliyi” mövzusunda konfrans keçirilib12.03.2026 - 16:20
“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi yekunlaşıb 12.03.2026 - 16:10
lham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 16:05
Biləsuvarda məktəblilər quşlar üçün evciklər hazırladılar12.03.2026 - 16:00
İranda Səfəvilər və Qacarlar dövrünə aid tarixi abidə aviazərbələr nəticəsində dağılıb 12.03.2026 - 16:00
“Tesla” Böyük Britaniyada evlərə elektrik enerjisi tədarük etməyə hazırlaşır12.03.2026 - 15:52
Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri üçün Mentorluq Proqramına başlanılıb12.03.2026 - 15:39
Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır12.03.2026 - 15:33
Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir12.03.2026 - 15:28
Ötən il internet bankçılıq xidməti ilə aparılan müştəri köçürmələrinin həcmi 12,4 faiz artıb12.03.2026 - 15:23
ADNSU tələbələri Qazaxıstanda keçirilən hakatonda qalib olublar12.03.2026 - 15:18
Süni intellektlə hazırlanmış materialların nişansız paylaşılmasına görə cərimə müəyyənləşir12.03.2026 - 15:15
“Könüllü Baharı 2” yekunlaşıb12.03.2026 - 15:12
Moldova mediası Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışına geniş yer ayırıb12.03.2026 - 15:06
Məzahir Məmmədli: “Azərbaycan təhsil sistemi dünya təhsilinə inteqrasiya edib”12.03.2026 - 15:00