Ötən gün Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və ICESCO-nun tərəfdaşlığı ilə “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” adlı beynəlxalq konfrans keçirildi.
“Tehsil365” xəbər verir ki,bu barədə Nazir paylaşım edib.Konfrans çərçivəsində Heydər Əliyev Fonduna İslam dünyası və digər ölkələrdə məktəblərin tikinti-bərpasına yönələn təhsil və sosial dəstək üzrə layihələrinə görə ICESCO və Həmdan Bin Rəşid Əl Maktum Fondunun 4-cü birgə “Həmdan-ICESCO” mükafatı təqdim edilib.
Bu münasibətlə Heydər Əliyev Fondunun rəhbər və kollektivini təbrik edir, təhsil sahəsinə göstərdikləri xüsusi diqqət və dəstəyə görə təşəkkürümü bildirirəm.

