Təhsil 365 - Logo Mobile

“Bodenştedt oğrudurmu, doğrudurmu?” kitabı ətrafında müzakirə keçirilib

10409.12.2025 - 15:45
“Bodenştedt oğrudurmu, doğrudurmu?” kitabı ətrafında müzakirə keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) Azərbaycan ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Məti Osmanoğlunun “Bodenştedt oğrudurmu, doğrudurmu?” kitabının təqdimatı və müzakirəsi keçirilib.

“Tehsil365” bildirir ki, tədbiri Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov açaraq tədbirin əhəmiyyətindən danışıb, Məti Osmanoğlunun apardığı araşdırmanın ədəbiyyat tariximizin az öyrənilmiş sahələrinə işıq saldığını qeyd edib. Akademik vurğulayıb ki, tədqiqat yalnız bir şəxsiyyətin fəaliyyətinə deyil, bütövlükdə mədəniyyətlərarası əlaqələrin təhlilinə yeni baxış sərgiləyir. O, həmçinin Bodenştedtin Azərbaycan mədəni irsinə münasibətinin müxtəlif dövrlərdə fərqli şəkildə təqdim olunmasının səbəblərinə toxunaraq, bu mövzunun gənc tədqiqatçılar üçün geniş araşdırma imkanları yaratdığını bildirib.

Məti Osmanoğlu görüşdə Bodenştedtin naməlum tərəflərinə toxunub, həmçinin Azərbaycan–Alman ədəbi əlaqələri tarixində az tədqiq olunan məqamları diqqət mərkəzinə çəkib. O bildirib ki, Azərbaycan xalqının tarixi və mədəniyyəti haqqında Avropa oxucusunda dolğun təsəvvür yaradan, həmçinin Mirzə Şəfi barədə maraqlı və dürüst məlumatlar verən Bodenştedti ədəbiyyat oğrusu adlandırmaq obyektivlikdən uzaq bir yanaşmadır.

Azərbaycan ədəbiyyatı kafedrasının müəllimi, filologiya elmləri doktoru Aytən Hacıyeva müzakirəyə qoşularaq mövzu ilə bağlı maraqlı suallarını müəllifə ünvanlayıb, tədqiqatın metodoloji əsasları, istifadə edilən mənbələrin müqayisəli təhlili və Bodenştedtin şəxsi yaradıcılığı ilə ictimai mövqeyi arasındakı əlaqələr barədə fikir mübadiləsi aparıb. O, həmçinin tədqiqatın gələcəkdə daha böyük layihələrə yol aça biləcəyini, tələbələr üçün isə geniş elmi istiqamət yaratdığını qeyd edib.

Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Heyran Amanova çıxış edərək tədqiqatın elmi yeniliyini yüksək qiymətləndirib, əsərdə diqqət çəkən faktlar, yeni arxiv mənbələri və müəllifin yanaşma xüsusiyyətləri barədə fikirlərini dinləyicilərlə bölüşüb.

Tədbirin sonunda auditoriya tərəfindən səsləndirilən suallar ətrafında geniş müzakirə aparılıb, Məti Osmanoğlu Bodenştedtin həyat yolu və yaradıcılığı ilə bağlı müxtəlif məqamları daha detallı şəkildə izah edib.

Aysel Paşayeva

Xəbər Lenti

Görkəmli ictimai-siyasi xadim Abbasqulu Kazımzadənin Ankaradakı məzarı əsaslı təmir olunub12.03.2026 - 18:04
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 18:00
Vətən müharibəsi əlilləri və müharibə veteranları üçün iftar süfrəsi açılıb12.03.2026 - 17:56
Elçin Süleymanov: Valideynlərin nəzarəti və müəllim təşəbbüsü şagirdlərdə oxuma vərdişini artırır12.03.2026 - 17:55
Aydın Əliyev: “İlkin tibbi yardım vəziyyətdən asılıdır”12.03.2026 - 17:53
ADNSU ilə SOCAR innovasiya və süni intellekt istiqamətində əməkdaşlıq edəcək12.03.2026 - 17:50
Ani Ödənişlər Sistemi vasitəsilə icra edilən əməliyyatların sayı və həcmi artıb12.03.2026 - 17:49
“Yuğ” Teatrı Vaqif İbrahimoğlunun məşhur tamaşasını bərpa edib12.03.2026 - 17:47
Kürdəmir Peşə Liseyində dron və pilotsuz uçuş aparatları üzrə mütəxəssislər hazırlanır12.03.2026 - 17:44
Buraxılış imtahanında 62 mindən çox abituriyent iştirak edəcək12.03.2026 - 17:40
AzMİU-da mövzusunda konfrans keçirilib12.03.2026 - 17:37
Qablaşdırılmış çörəklərdə sağlamlığımız üçün təhlükə var?12.03.2026 - 17:37
Şimal-qərb bölgəsindən 84 şagird RFO-da finala YÜKSƏLDİ12.03.2026 - 17:32
Neftçalanın kənd məktəbinin 7 şagirdi RFO-nun finalçısı olub12.03.2026 - 17:30
BMU-da multikulturalizm və milli-mənəvi dəyərlər mövzusunda elmi seminar12.03.2026 - 17:28
Video yaratmaq daha da asanlaşır: "Sora" və "ChatGPT" inteqrasiya olunur12.03.2026 - 17:27
Təbriz bombalandı - 2 uşaq həlak oldu 12.03.2026 - 17:22
TİF ilə AHİK arasında görüş keçirilib12.03.2026 - 17:20
Daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib12.03.2026 - 17:14
Mükəmməl dərəcədə sağlam olduğumuzu necə bilə bilərik? - Həkim dörd vacib əlaməti açıqladı12.03.2026 - 17:12
Süni intellektdən istifadə depressiya ilə necə əlaqəlidir? – Harvard Tibb Məktəbi12.03.2026 - 17:10
İşğaldan azad olunmuş rayonlarda 105 şagird buraxılış imtahanı verəcək 12.03.2026 - 17:08
İran İsrailin dəmir yolları sisteminə kiberhücum edib?12.03.2026 - 17:06
Bakı və regionları bir araya gətirən ilk mədəni qastrol12.03.2026 - 17:04
NDU-da Duz emalatxanası yaradılacaq12.03.2026 - 17:00
DİN rəsmisi: "2025-ci ildə Azərbaycanda 1 709 kibercinayət faktı qeydə alınıb"12.03.2026 - 16:55
Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlama12.03.2026 - 16:50
Birbanklılar üçün daha bir üstünlük: artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur12.03.2026 - 16:45
Tərbiyə məqsədilə uşağa qarşı zorakılıq edənlər cərimələnəcəklər12.03.2026 - 16:40
Altı ayda zərərli kontent yayan iki minə yaxın internet resursu aşkarlanıb12.03.2026 - 16:35
"BilBacar" müsabiqəsinin IV “Hazırlıq” mərhələsi başladı 12.03.2026 - 16:30
Süni intellektlə saxta materiallar hazırlayıb yayanlar həbs olunacaqlar12.03.2026 - 16:25
“Atropatena – Adorbayqan adlı dövlətin yaranması” kitabının təqdimatı keçirilib12.03.2026 - 16:22
AzMİU-da “Dayanıqlı şəhərlərin su təhlükəsizliyi” mövzusunda konfrans keçirilib12.03.2026 - 16:20
“Ən yaxşı təqdimat” müsabiqəsinin rayon-şəhər mərhələsi yekunlaşıb 12.03.2026 - 16:10
lham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini WUF13-ə dəvət edib12.03.2026 - 16:05
Biləsuvarda məktəblilər quşlar üçün evciklər hazırladılar12.03.2026 - 16:00
İranda Səfəvilər və Qacarlar dövrünə aid tarixi abidə aviazərbələr nəticəsində dağılıb 12.03.2026 - 16:00
“Tesla” Böyük Britaniyada evlərə elektrik enerjisi tədarük etməyə hazırlaşır12.03.2026 - 15:52
Beşinci “Yüksəliş” müsabiqəsinin qalibləri üçün Mentorluq Proqramına başlanılıb12.03.2026 - 15:39
Məşğulluq xidmətlərində süni intellektin tətbiqi planlaşdırılır12.03.2026 - 15:33
Kibertəhlükələrə qarşı koordinasiya gücləndirilir12.03.2026 - 15:28
Ötən il internet bankçılıq xidməti ilə aparılan müştəri köçürmələrinin həcmi 12,4 faiz artıb12.03.2026 - 15:23
ADNSU tələbələri Qazaxıstanda keçirilən hakatonda qalib olublar12.03.2026 - 15:18
Süni intellektlə hazırlanmış materialların nişansız paylaşılmasına görə cərimə müəyyənləşir12.03.2026 - 15:15
“Könüllü Baharı 2” yekunlaşıb12.03.2026 - 15:12
Moldova mediası Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışına geniş yer ayırıb12.03.2026 - 15:06
Məzahir Məmmədli: “Azərbaycan təhsil sistemi dünya təhsilinə inteqrasiya edib”12.03.2026 - 15:00