10 dekabr 1893-cü ildə Qaxda anadan olan Baba (İbrahim) bəy Abdulla Əfəndi oğlu Qəbulov — tanınmış ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü və Əhrar Partiyasının fəal təmsilçisi olmuşdur.
"Tehsil365" xəbər verir ki,O, milli dövlətçiliyimizin formalaşmasında mühüm rol oynamış ziyalılardan biri kimi tariximizdə özünəməxsus yer tutur.
Baba bəy Qəbulzadə parlamentdə fəaliyyət göstərdiyi dövrdə milli azlıqların hüquqları, demokratik idarəçilik və təhsil sahəsində irəli sürdüyü fikirlərlə fərqlənmişdir. O, dövrünün liberal baxışlı siyasətçilərindən biri olaraq ölkədə çoxtərəfli siyasi təfəkkürün inkişafına töhfə verib.
1938-ci ildə repressiya qurbanı olaraq Bakıda güllələnən Baba bəy Qəbulzadə, Sovet totalitarizminin yüzlərlə ziyalı və dövlət xadiminə qarşı həyata keçirdiyi təqiblərin simvoludur.
Bu gün onun xatirəsi hörmətlə anılır, fəaliyyəti və ideyaları müstəqil Azərbaycanın tarixində əhəmiyyətli yer tutur.

